11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb

Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanında I ixtisas qrupunun RK altqrupu üzrə 551 nəfər, Rİ altqrupu üzrə 792 nəfər 600 və daha çox bal toplayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Həmçinin qeyd olunub ki, imtahanın nəticələrinə əsasən, I ixtisas qrupunun RK altqrupu üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 11 min 917, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 18 min 301 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb.

Riyaziyyat, fizika ixtisasları üzrə müsabiqədə ümumi balı 250-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan az olmayan 11 431 abituriyent iştirak edə bilər.

I ixtisas qrupunun Rİ altqrupu üzrə isə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 7 797 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib.

Kompüter elmləri ixtisası üzrə müsabiqədə ümumi balı 250-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 7 552 abituriyent iştirak edə bilər.

Xatırladaq ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 13 min 315, rus bölməsi üzrə 785 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 5 890 yer olmaqla, I ixtisas qrupu üzrə ümumilikdə 19 min 990 yer ayrılıb. Bundan 14 min 407 yerə qəbul dövlət sifarişi əsasında aparılır.

I ixtisas qrupundakı plan yerlərinin altqruplar üzrə paylanmasına gəldikdə isə RK altqrupunda ümumilikdə 13 min 15 plan yeri (o cümlədən Azərbaycan bölməsində 9 050, rus bölməsində 475, hər iki bölmənin birgə müsabiqəsi üzrə 3 490) var. RK altqrupunda dövlət sifarişi əsasında 9 007 plan yeri var. Rİ altqrupu üzrə ümumilikdə 6 975 plan yeri (o cümlədən Azərbaycan bölməsində 4 265, rus bölməsində 310, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2 400) mövcuddur. Rİ altqrupunda dövlət sifarişi əsasında 5 400 plan yeri ayrılıb.


Elm və Təhsil Bakı
Təhsil naziri Emin Əmrullayev "Tvitter" hesabında paylaşım edib

Təhsil naziri Emin Əmrullayev...

Elm və Təhsil Bakı
Bakalavr təhsili dörd ildən üç ilə endiriləcək?

Bakalavr təhsili dörd ildən üç ilə...

Elm və Təhsil Bakı
Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi

Ulu Öndər Heydər Əliyevin ana...

Elm və Təhsil Bakı
Məktəblərin yay tətili ləğv olunacaq? – VİDEO

Məktəblərin yay tətili ləğv...

Elm və Təhsil Bakı
I və IV qruplar üzrə qəbul imtahanlarının nəticələri açıqlandı

I və IV qruplar üzrə qəbul...

Elm və Təhsil Bakı
Bakıda yeni məktəb binası tikilib

Bakıda yeni məktəb binası tikilib...

Комментарии (0)