09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Məhkəmə vergidən yayınan şirkət rəhbəri ilə bağlı qərar verdi

Məhkəmə vergidən yayınan şirkət rəhbəri ilə bağlı qərar verdi
Məhkəmə vergidən yayınan şirkət rəhbəri ilə bağlı qərar verdi


Bakı Apellyasiya Məhkəməsində dələduzluq və vergidən yayınmaqda təqsirləndirilən Xanlar Cəfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

MAY.AZ oxu.az-a istinadən xəbər verir ki, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayətindən imtina edilib, apellyasiya baxışına xitam
verilib.

İttiham aktına əsasən, X.Cəfərov külli miqdarda dələduzluqda və bir milyon manatdan çox vergidən yayınmada təqsirləndirilir.

O, rəhbəri olduğu "Avro Qrand" şirkəti vasitəsilə Binəqədi rayonu Arif Məmmədov küçəsi 10 ünvanında bina inşa edib. X.Cəfərov nağd ödənişlə vətəndaşlara mənzillər satsa da, həmin mənzillər sahiblərinə verilməyib.

Tikintinin yarımçıq qaldığını görən sakinlər araşdırma aparmağa başlayıblar. Bir müddət sonra onlar müəyyən ediblər ki, şirkətin rəhbəri eyni mənzili bir neçə şəxsə sataraq onları aldadıb. Sonuncu dəfə ikiotaqlı mənzili ucuz qiymətə növbəti şəxsə satarkən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Cinayət işində 24 zərərçəkmiş var.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilib və ona şərti cəza verilib. X.Cəfərov məhkəmə zalında azadlığa buraxılıb. Hökmdən narazı qalan şirkət rəhbəri apellyasiya şikayəti verərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Afisa
Bakıda Milli Dram Teatrı aprel repertuarını açıqladı

Bakıda Milli Dram Teatrı aprel...

Afisa
Məhkəmə vergidən yayınan şirkət rəhbəri ilə bağlı qərar verdi

Məhkəmə vergidən yayınan şirkət...

Afisa
"Her yerde sen" final edir

"Her yerde sen" final edir...

Afisa
OBA marketlər şəbəkəsinin keçmiş əməkdaşları tutuldu - SİYAHI

OBA marketlər şəbəkəsinin keçmiş...

Afisa
Fövqəladə Hallar Nazirliyi güclü yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi güclü...

Afisa
Qoyunun başını kəsən azərbaycanlıya cinayət işi açıldı

Qoyunun başını kəsən azərbaycanlıya...

Комментарии (0)