11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Cahangir Hacıyevə 17 il həbs tələbi

Cahangir Hacıyevə 17 il həbs tələbi
Cahangir Hacıyevə 17 il həbs tələbi


Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bizimyol.info saytının prosesdə iştirak edən əməkdaşının bildirdiyinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihmçısı çıxış edərək, təqsirləndirilən şəxslərə cəza istəyib.

Prokuror Fərid Nağıyev çıxışında verilmiş ittihamın sübuta yetirildiyini, Cahangir Hacıyev və digərlərinin vəzifə səlahiyyətlərini aşmaqla mütəşəkkil dəstə şəklində mənimsəməyə yol verdikləri bildirərək, Cahangir Hacıyevin 17 il, İlqar Abdullayevin 8 il, Yusif Ələkbərov 11 il, İbrahim Hüseynov 11 il, Anar Sultanovun 8 il, Məmməd Cahangirovun 8 il, Kənan Orucovun 7 il 6 ay, Azad Cavadovun 12 il 11 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Eləcə də, təqsirləndirilən şəxslərin hər birinin 3 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər tutmaqdan məhrum edilməsini istəyib.

Prokuror həmçinin barəsində təqsirləndirilən şəxslərdən 4 nəfərin barəsində seçilmiş "polis nəzarətinə verilmə”qətimkan tədbirinin dəyişdirilərək həbs-qətimkan tədbiri ilə əvəzlənməsini məhkəmədən xahiş edib.
Onun sözlərinə görə, təqsirləndirilən şəxslərdən Cahangir Hacıyevin əməlində yüngülləşdirici və ya ağırlaşdırıcı halalr yoxdur. Digər şəxslərin himayəsində azyaşlı uşaq olmasını yüngülləşdirici hal kimi nəzərə alınmasını istəyib.

Təqsirləndirilən Azad Cavadovun barəsində olan 4 il sənaq müddəti ilə şərti cəzanın isə yeni hökmdə nəzərə alınmasını məhkəmənin nəzərinə çatdırıb.
İş üzrə zərərçəkmiş qismində tanınmış "Beynəlxalq Bank”ın nümayəndəsi isə 211 milyon manatın mənimsənilməsi yolu ilə banka vurulmuş ziyanın təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulmasını xahiş edib.

Vəkillər müdafiə çıxışı üçün vaxt istəyib. Proses oktyabrın 3-də davam edəcək.

"Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər əməllərdə ittiham edilirlər.
Hadisə
"Axşam hamama girdim, qəflətən bir kişi sinəmə əl atdı..." - Bakıda OLAY

"Axşam hamama girdim, qəflətən bir...

Hadisə
11 yaşlı qıza nalayiq hərəkət edən şəxs kimdir? - Bakı məktəbində hadisənin TƏFƏRRÜATI - VİDEO

11 yaşlı qıza nalayiq hərəkət edən...

Hadisə
Qazaxıstanda dəhşətli qəza: avtobus qatarla toqquşdu

Qazaxıstanda dəhşətli qəza: avtobus...

Hadisə
Müəllimin xadiməyə təcavüzünün qandonduran təfərrüatı: "Bir əli ilə bacımın ağzını tutub..."

Müəllimin xadiməyə təcavüzünün...

Hadisə
Şirkət əməkdaşları qəzaya düşdülər: Yaralılar var

Şirkət əməkdaşları qəzaya düşdülər:...

Hadisə
Fədayə Laçınla bağlı ölkə rəhbərliyinə müraciət olundu

Fədayə Laçınla bağlı ölkə...

Комментарии (0)