11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

11 yaşlı qıza nalayiq hərəkət edən şəxs kimdir? - Bakı məktəbində hadisənin TƏFƏRRÜATI - VİDEO

11 yaşlı qıza nalayiq hərəkət edən şəxs kimdir? - Bakı məktəbində hadisənin TƏFƏRRÜATI - VİDEO
Bakıdakı orta ümumtəhsil müəssisələrinin birində məktəbli qız cinsi qısnamaya məruz qalıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisənin görüntüsü məktəbdəki müşahidə kamerasına düşüb.
Təxminən 35 yaşlarında olan şəxs axşam saatlarında Bakıdakı orta məktəblərdən birinin dəhlizinə daxil olur.
Bir neçə dəqiqə dəhlizə göz gəzdirdikdən sonra girişdəki lövhənin qarşısında duran şagirdi çağırır. Söz soruşur və əli ilə nəyisə işarə edərək, azyaşlı qızı mərkəzdən uzaqlaşdırır. Dəhlizin digər tərəfindəki lövhədən asılan elanların qarşısında onunla birlikdə nəyisə müzakirə edir.
Lövhədə yazılanları bir-bir 11 yaşlı qıza oxutdurur. Kifayət qədər yaxın təmasa cəhd edir.
Burada qızsığaza qarşı nalayiq hərəkətlərə yol verdiyi iddia olunur. Bu zaman qız "telefonuma zəng gəlir" deyərək ondan uzaqlaşır və məktəbin dəhlizində oturan yaşlı mühafizəçiyə yaxınlaşır.
Məktəbə daxil olan şəxs şagirdə yenidən yaxınlaşmağa cəhd edəndə müəllimlərdən biri uşağı həmin şəxsin əlindən alır. Təxminən bir neçə dəqiqədən sonra isə hadisə yerinə valideyn yaxınlaşır və əlbəyaxa dava başlayır.
Məktəbli qızı cinsi qısnamaya məruz qoyan şəxsi valideyn elə həmin dəhlizdə mühafizəçi, müəllim və şagirdlərin qarşısında döyür. Ara qarışdıqda isə şübhəli şəxs hadisə yerindən qaçır.
Hadisə 11 yaşlı qızın dərs bitdikdən sonra məktəbin dəhlizində atasını gözləyərkən baş verib.
Məktəblinin atası "Xəzər Xəbər"ə açıqlamasında hadisənin axşam saatlarında baş verdiyini deyib. Bildirib ki, sözügedən təhsil ocağında onun iki övladı təhsil alır. 11 yaşlı qızı ikinci növbə oxuduğundan dərsdən 18.00- dan sonra çıxır.
Valideyn deyir ki, həmin vaxt dərs saatı olmadığından məktəbdə həm müəllimlər, həm də şagirdlər az olub. Dəhlizə çatarkən isə övladını göz yaşları içində görüb.
Hadisədən sonra valideyn 102-yə zəng edib və baş verənlərlə bağlı əraziyə polis əməkdaşları gəliblər.
Valideyn deyir ki, övladı hazırda psixoloji dəstək alır. Ciddi sarsıntı keçirən azyaşlı həkim nəzərəti altındadır.
Məsələyə münasibət bildirən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirdi ki, cinsi qısnama faktı təsdiqini tapıb. Artıq həmin şəxs tutularaq cinayət məsuliyyətinə cəlb edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirildi ki, axşam saatlarında məktəbə daxil olan şəxs özünü valideyn kimi təqdim edib. Həmin vaxt valideynini gözləyən 5-ci sinif şagirdinə qarşı qeyri-etik hərəkətlərə yol verib. Hazırda sözügedən təhsil ocağında baş verənlər araşdırılır.
Hadisə
Narkotacir iş başında saxlanıldı: Evindən külli miqdarda heroin çıxdı

Narkotacir iş başında saxlanıldı:...

Hadisə
Türkiyədə qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşı da olub

Türkiyədə qəzaya uğrayan təyyarədə...

Hadisə
Namaz əsnasında şiələrə bombalı hücum - Onlarla ölü və yaralı var

Namaz əsnasında şiələrə bombalı...

Hadisə
Salyan sakinindən külli miqdarda narkotik götürülüb

Salyan sakinindən külli miqdarda...

Hadisə
Bakıda ərəb türkün qulağını dişləyərək qoparıb

Bakıda ərəb türkün qulağını...

Hadisə
Bakıda azyaşlı bağlı qapı arxasında qaldı

Bakıda azyaşlı bağlı qapı arxasında...

Комментарии (0)