11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///     13:45 Yollarda tıxac zamanı sürücülərin beş təhlükəli səhvi: Ekspertdən XƏBƏRDARLIQ   ///     13:09 Uşaqların 1-ci sinfə qəbulu BAŞA ÇATIR   ///     14:09 Sentyabrın 10-da hava durumu necə olacaq?   ///     10:04 DYP "Formula-1" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi   ///    

Azərbaycanda müəllimə 82 yaşlı qadının başına zibil tökdü, sonra döydü

Azərbaycanda müəllimə 82 yaşlı qadının başına zibil tökdü, sonra döydü
Azərbaycanda müəllimə 82 yaşlı qadının başına zibil tökdü, sonra döydü


Azərbaycanda orta məktəb müəllimi 82 yaşlı həmkəndlisini döyüb.

May.Az aznews.az-a istinadən bildirir ki, hadisə Qazax rayonunda baş verib. Məlumata görə, Vidadi Göşşüyev adına Çaylı kənd 1 saylı tam orta məktəbin tarix müəllimi Dusiya Məmmədova ilə qonşusu arasında mübahisə zibil üstündə yaranıb.

Belə ki, evinin yaxınlığında zənbildə zibil qoyulduğunu görən müəllimə onu təpiklə vurub, ətrafa yayıb. Səsə çıxan 82 yaşlı qadın müəlliməyə "zibili niyə dağıdırsan", - deyə irad bildirəndə qonşular arasında mübahisə düşüb. Tərəflərin mübahisəsi əlbəyaxa davaya kimi böyüyüb. Müəllimə zibili yerdən götürüb yaşlı qadının başına töküb. Qoca qadın isə ona qarşılıq verəndə müəllimə onu yerə yıxaraq saçını yolub, üz-güzünə xəsarətlər yetirib.

Şahidlərin sözlərinə görə, müəllimə qoca qadını döydüyü vaxt kürəyində 6 aylıq uşaq var imiş. Müəllimə yeni doğulmuş uşağını şalla belinə bağlayıbmış.

Qoca qadının qonşulara bildirdiyinə görə, müəlliməyə müqavimət göstərməməsinin səbəbi də uşaq olub.

Yaşlı qadının yaxınları qonşuluq münasibətlərinə görə polisə şikayət etməkdən imtina edib. Onlar müəllimənin gəlib üzr istəməsini tələb ediblər, bununla da məsələnin bağlanacağına söz veriblər.

Sözügedən məktəbin direktoru Çəməngül İsmayılova məsələdən xəbərdar olanda isə "qələt eləyib, deyərəm gedib üzr istəyər" deyib. Amma buna baxmayaraq müəllimə yaşlı qadından üzr istəməyib.

Dusiya Məmmədovanın həyat yoldaşı Vaqif Piravdıyev isə döyülən qadının yaxınlarına "Haqq eləyib, yaxşı edib döyüb" deyib.

Qazax rayonunun Təhsil Şöbəsinin tədris hissə müdiri Məhəmməd Cəfərov aznews.az-a açıqlamasında baş verən olaydan xəbərsiz olduqlarını bildirib: "Günün ikinci yarısına kimi məsələ araşdırılacaq. Məktəbin direktoru və müəllim bura dəvət olunacaq".
Hadisə
Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu...

Hadisə
Başına daş düşərək ölən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlandı

Başına daş düşərək ölən...

Hadisə
Bakıda şadlıq evində musiqi qrupu üzvünün başına butulka çırpılıb

Bakıda şadlıq evində musiqi qrupu...

Hadisə
9 yaşlı qız 4 yaşlı qardaşını döyərək öldürdü

9 yaşlı qız 4 yaşlı qardaşını...

Hadisə
İmişlidə qadın qətlə yetirildi, onu morqa gətirən şəxs isə bıçaqlanıdı

İmişlidə qadın qətlə yetirildi, onu...

Hadisə
Qəbələdə yanğın söndürüldü

Qəbələdə yanğın söndürüldü...

Комментарии (0)