09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Ata qızını öldürmək üçün rayondan Bakıya gəldi

Ata qızını öldürmək üçün rayondan Bakıya gəldi
Ata qızını öldürmək üçün rayondan Bakıya gəldi


57 yaşlı kişi paytaxtda yaşayan qızı ilə bağlı pis xəbərlər eşidibmiş

Yasamal rayonunda gənc qız atası tərəfindən qısqanclıq zəminində öldürülüb. Masallı rayon Boradigah kənd sakini, 57 yaşlı Qurbanov İlqar Paşa oğlu rayondan gələrək metronun 20 yanvar stansiyasının yaxınlığında qızı 27 yaşlı Aysel Məmmədli ilə görüşüb. Onlar söhbət edərək yaxınlıqdakı binanın həyətinə daxil olub. İ.Qurbanov qızı ilə mübahisə edib. Mübahisəyə səbəb kimi o qızının əxlaqsız həyat tərzini əsas göstərib. Buna görə də, İ.Qurbanov bıçaqla qızının döş qəfəsi, boğaz və qarın boşluğu nahiyələrinə bir neçə zərbə vurub. A.Məmmədli hadisə yerində çoxlu qan itirərək dünyasını dəyişib.

Ərazidən uzaqlaşmayan İ.Qurbanov həmin ünvana gələn Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təslim olub.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarına bildirib ki, İ.Qurbanov rayon ərazisində qızı ilə bağlı xoş olmayan xəbərlər alıb. Buna görə də o, A.Məmmədlini qətlə yetirmək üçün paytaxta gəlib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 120-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb./report/
Hadisə
Metroda telefon oğurlayanlar tutuldu

Metroda telefon oğurlayanlar tutuldu...

Hadisə
Ermənistanın Daşkəsəni atəşə tutması nəticəsində meşədə başlayan yanğın söndürülüb

Ermənistanın Daşkəsəni atəşə...

Hadisə
Zaqatalada 5 otaqlı ev yandı

Zaqatalada 5 otaqlı ev yandı...

Hadisə
Narkotikin təsiri altında Bakı-Naxçıvan sərnişin avtobusunu idarə edən İran vətəndaşı saxlanılıb

Narkotikin təsiri altında...

Hadisə
Gürcüstanda zəlzələ baş verib

Gürcüstanda zəlzələ baş verib...

Hadisə
Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Azərbaycanda vəzifəli şəxs vəfat...

Комментарии (0)