09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Ərli qadını aldadan kişi: "Pulu balkondan atdı..."

Ərli qadını aldadan kişi: "Pulu balkondan atdı..."
Ərli qadını aldadan kişi: "Pulu balkondan atdı..."


Bakıda tanış olduğu qadına qarşı dələduzluqda təqsirli bilinən Ramil Muradovun cinayət işi üzrə məhkəmə proses başlayıb.

MAY.AZ teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, bu il yanvarın 30-da Binəqədi rayon Polis İdarəsinə müraciət edən şəxs mənzilindən 57 min 700 dolların oğurlanması barədə məlumat verib. Araşdırmalar zamanı pulun ev sahibinin arvadı tərəfindən götürüldüyünə əsaslı şübhələr olduğundan əməliyyatçılar qadını saxlayıblar.

İlkin ifadəsində o, hadisədən xəbərsiz olduğunu deyib. Daha sonra etiraf edib ki, pulu hissə-hissə Ramil adlı bir nəfərə kömək məqsədi ilə verib. Əməliyyat-axtarış tədbirlərinə başlayan Binəqədi polisi bu işdə şübhəli bilinən 30 yaşlı paytaxt sakini Ramil Muradovu da saxlayıb.

Saxlanılan şəxs ifadəsində bildirib ki, həmin qadınla onlayın alış-veriş saytlarından birində əşya alarkən tanış olub. Ramil Muradov dələduzluq etmək niyyəti ilə qadına özünü “hepatit” xəstəsi kimi təqdim edərək ondan maddi kömək istəyib.

Ramil Muradov bu yolla ötən ilin noyabr ayından bu il yanvar ayının sonuna qədər 57 min 700 dollar pul alıb. Qadın pulları xəstə bildiyi Ramil Muradova ərindən xəbərsiz verib. Ramil Muradovun sözlərinə görə, qadından pulu iki dəfə özü alıb. Bir dəfə qadın pulu eyvandan atıb, digər vaxtlarda isə yaxınlıqdakı aptekə qoyurmuş.

Qadın sərbəst buraxılıb.Amma Ramil Muradov barəsində dələduzluq və hədə qorxu ilə pul tələb etmə maddəsi ilə cinayət işi başlanıb.

İttihama münasibət bildirən Ramil Muradov özünü təqsirli bilməyib. O, deyib ki, iş materiallarında qeyd olunanlar yalandır.

Növbəti proses avqustun 9-da davam edəcək.
Hadisə
Metroda telefon oğurlayanlar tutuldu

Metroda telefon oğurlayanlar tutuldu...

Hadisə
Ermənistanın Daşkəsəni atəşə tutması nəticəsində meşədə başlayan yanğın söndürülüb

Ermənistanın Daşkəsəni atəşə...

Hadisə
Zaqatalada 5 otaqlı ev yandı

Zaqatalada 5 otaqlı ev yandı...

Hadisə
Narkotikin təsiri altında Bakı-Naxçıvan sərnişin avtobusunu idarə edən İran vətəndaşı saxlanılıb

Narkotikin təsiri altında...

Hadisə
Gürcüstanda zəlzələ baş verib

Gürcüstanda zəlzələ baş verib...

Hadisə
Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Azərbaycanda vəzifəli şəxs vəfat...

Комментарии (0)