09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

"Bildilər ki toydan gəlirlər, ciblərində pul var..." - Faciəvi şəkildə ölən xanəndələr haqda

"Bildilər ki toydan gəlirlər, ciblərində pul var..." - Faciəvi şəkildə ölən xanəndələr haqda
"Bildilər ki toydan gəlirlər, ciblərində pul var..." - Faciəvi şəkildə ölən xanəndələr haqda



Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bərdədə xanəndə Novruz Hüseynov dostu Miryusif Mirizadəni 14 bıçaq zərbəsi ilə qətlə yetirib, sonra isə özünü su kanalına atıb və boğulub.

Xanəndələrin ölümü haqda müğənni Kərim Abbasov bunları deyib:

"Bu muğam ifaçılarının nə günahı olub ki, 14 bıçaq zərbəsi ilə vəhşicəsinə qətlə yetirildi? İkisini də öldürdünüz. Niyə? Bildiniz ki, toydan gəlirlər, bir az ciblərində pul var, ona görə? Elnarə Abdullayeva efirdə deyir ki, müğənninin yanında niyə cangüdən olmalıdır? Elnarə xanım, millətin hamısı sizin düşündüyünüz kimi normal deyil. Manyakı var, xəstəsi var, atasını-anasını öldürən var, bacısını zorlayan var. Ona görə də sənətçinin yanında dostu-tanışı olmalıdır. Sabah belə iş hamının başına gələ bilər. Yazıqlar heç nədən getdilər. Hələ də şokdayam", -deyərək kədərini bu sözlərlə ifadə edib.

O, daha sonra əmakdar artist, xanəndə Elnarə Abdullayevaya müraciət edərək deyib:

"Elnarə xanım, sizin düşündüyünüz insanlar 50 il bundan öncəki insanlardır. Hansı ki, o vaxt hər kəs saf və dürüst idi. Hansı ki, o vaxt (sənə atdım) anlamı yox idi. Elnarə xanım, kimlərinsə sənə şərhlərdə "sənə halaldır" yazmasına görə belə şeylər demək lazım deyil. Mən həyatımı kimlərinsə gözündə sadə biri kimi göstərib, özümü bədbəxt edə bilmərəm. Mənim balam böyüyür, ona lazımam. Sizə də məsləhətim budur ki, heç kimi qınamayın. Kim cangüdən tutur və ya kimin telefonuna meneceri cavab verir, əcəb edir. Cibinin puluna tutur. Və sənətçi o insanı dolandırırsa, deməli, Azərbaycanda işsiz olan bir insan azalır və o insan da o pulu ailəsinə, balasına aparır. Sadəlik cangüdənlə və ya menecerlə ölçülmür. Ehtiyat igidin yaraşığıdır. Allah sizə rəhmət eləsin".

Qeyd edək ki, ötən gün xanəndə Miryusif Mirizadəni yaxın dostu, həmkarı Novruz Hüseynov qətlə yetirib. O, həmkarını 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar edib. Onun meyiti hadisənin baş verdiyi ərazidən 5 km aralıda, Ağcabədinin Qiyaməddinli kəndi ərazisində tapılıb.

mənbə: sonxeber.az
Hadisə
Metroda telefon oğurlayanlar tutuldu

Metroda telefon oğurlayanlar tutuldu...

Hadisə
Ermənistanın Daşkəsəni atəşə tutması nəticəsində meşədə başlayan yanğın söndürülüb

Ermənistanın Daşkəsəni atəşə...

Hadisə
Zaqatalada 5 otaqlı ev yandı

Zaqatalada 5 otaqlı ev yandı...

Hadisə
Narkotikin təsiri altında Bakı-Naxçıvan sərnişin avtobusunu idarə edən İran vətəndaşı saxlanılıb

Narkotikin təsiri altında...

Hadisə
Gürcüstanda zəlzələ baş verib

Gürcüstanda zəlzələ baş verib...

Hadisə
Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Azərbaycanda vəzifəli şəxs vəfat...

Комментарии (0)