11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Bakıda DƏHŞƏT: müştəri kababçını öldürdü - YENİLƏNİB

Bakıda DƏHŞƏT: müştəri kababçını öldürdü - YENİLƏNİB

Aprelin 10-da paytaxtın Nizami rayonu ərazisində Anar Quliyevin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nizami rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, aparılmış istintaqla 34 yaşlı Rəhman Qəhrəmanovun aprelin 9-da rayonun Keşlə qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Anar Quliyevə bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Rəhman Qəhrəmanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

***
11:25

Bakıda qətl hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu Keşlə qəsəbəsində qeydə alınıb. Burada naməlum şəxslə 31 yaşlı Quliyev Anar Malik oğlu arasında mübahisə yaranıb. Nəticədə A. Quliyev bıçaqlanaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Lakin xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq, o, dünyasını dəyişib.

Lent.az-ın əldə etdiyi məlumata əsasən, A. Quliyev Keşlə qəsəbəsində kababçı işləyib. Belə ki, naməlum müştəri ondan kabab alarkən kababçıya irad bildirib. Bu iraddan sonra tərəflər arasında mübahisə yaşanıb. Sonradan küçədə tərəflər rastlaşıb və mübahisə daha da böyüyüb. Nəticədə məlum olay baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.


Hadisə
Narkotacir iş başında saxlanıldı: Evindən külli miqdarda heroin çıxdı

Narkotacir iş başında saxlanıldı:...

Hadisə
Türkiyədə qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşı da olub

Türkiyədə qəzaya uğrayan təyyarədə...

Hadisə
Namaz əsnasında şiələrə bombalı hücum - Onlarla ölü və yaralı var

Namaz əsnasında şiələrə bombalı...

Hadisə
Salyan sakinindən külli miqdarda narkotik götürülüb

Salyan sakinindən külli miqdarda...

Hadisə
Bakıda ərəb türkün qulağını dişləyərək qoparıb

Bakıda ərəb türkün qulağını...

Hadisə
Bakıda azyaşlı bağlı qapı arxasında qaldı

Bakıda azyaşlı bağlı qapı arxasında...

Комментарии (0)