11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Türkiyənin daha üç vilayətini meşə yanğınları bürüyüb

Türkiyənin daha üç vilayətini meşə yanğınları bürüyüb

Türkiyənin Çanaqqala, Uşak və İzmir vilayətlərini meşə yanğınları bürüyüb.

Bu barədə yerli hakimiyyət orqanları xəbər verib.

Məlumatlara görə, təbii fəlakətlə mübarizə artıq 24 saatdan çoxdur ki, davam edir.

Çanaqqala və Uşak vilayətlərində yanğınlar dünən axşam başlayıb və hələ də onları lokallaşdırmaq mümkün olmayıb.

İzmir vilayətinin Dikili rayonunda yanğın gecə başlayıb və küləyin təsiri altında yaxınlıqdakı ərazilərə sürətlə yayılıb.

Hazırda hər üç istiqamətdə havadan və qurudan alovun söndürülməsi cəhdləri davam edir.

Yanğınların söndürülməsi üçün yüzlərlə yanğınsöndürən, onlarla helikopter və təyyarə cəlb olunub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Uşak vilayətində yanğın təhlükəsi səbəbindən bəzi evlərin sakinləri təxliyə ediliblər. İzmirdə balıq təsərrüfatına və bir yaşayış evinə ziyan dəyib.

Ölən və ya xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.

Xatırladaq ki, dünən Bursanın Orhaneli, Antalyanın Aksu və Muğlanın Milas rayonlarında da meşə yanğınları qeydə alınıb.


Hadisə
"Axşam hamama girdim, qəflətən bir kişi sinəmə əl atdı..." - Bakıda OLAY

"Axşam hamama girdim, qəflətən bir...

Hadisə
11 yaşlı qıza nalayiq hərəkət edən şəxs kimdir? - Bakı məktəbində hadisənin TƏFƏRRÜATI - VİDEO

11 yaşlı qıza nalayiq hərəkət edən...

Hadisə
Qazaxıstanda dəhşətli qəza: avtobus qatarla toqquşdu

Qazaxıstanda dəhşətli qəza: avtobus...

Hadisə
Müəllimin xadiməyə təcavüzünün qandonduran təfərrüatı: "Bir əli ilə bacımın ağzını tutub..."

Müəllimin xadiməyə təcavüzünün...

Hadisə
Şirkət əməkdaşları qəzaya düşdülər: Yaralılar var

Şirkət əməkdaşları qəzaya düşdülər:...

Hadisə
Fədayə Laçınla bağlı ölkə rəhbərliyinə müraciət olundu

Fədayə Laçınla bağlı ölkə...

Комментарии (0)