11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Qazidən "şirinlik" istəyən həkim işdən çıxarıldı - RƏSMİ

Qazidən "şirinlik" istəyən həkim işdən çıxarıldı - RƏSMİ

Bir müddət əvvəl sosial şəbəkələrdə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində qazidən rüşvət tələb edən həkim barədə videogörüntülər yayılmışdı. Məsələ ilə bağlı həkimdən izahat alındığı və araşdırmanın davam etdiyi deyilmişdi. Sözügedən faktla bağlı aparılan araşdırma yekunlaşıb.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bir müddət öncə sosial mediada yayılan görüntülərdə əks olunan hadisə ilə bağlı qurum tərəfindən geniş araşdırma aparılaraq müvafiq inzibati tədbirlər görülüb.

Araşdırmanın yekun nəticələrinə əsasən Lökbatan Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 4 nömrəli Doğum evinin Doğum şöbəsinin həkim-mama-ginekoloqu Sevinc Malik qızı Məmmədovanın əmək müqaviləsinə 27.06.2024-cü il tarixində xitam verilib.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin rəhbər şəxslərinin iştirakı ilə keçirilən geniştərkibli müşavirədə sözügedən müəssisə rəhbərinə neqativ hallarla mübarizə ilə bağlı ciddi tapşırıqlar verilib.

Xatırladaq ki, 19.06.2024-cü il tarixində saat 11:05-də 2005-ci il təvəllüdlü şəxs doğuş icrası üçün 4 saylı Doğum evinə müraciət edib və Doğum şöbəsinin həkimi mama-ginekoloq Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30 radələrində pasiyentin qız övladı dünyaya gəlib.

Bundan sonra S.Məmmədova körpənin atası, Vətən müharibəsi qazisindən "şirinlik" tələb edib.


Hadisə
"Axşam hamama girdim, qəflətən bir kişi sinəmə əl atdı..." - Bakıda OLAY

"Axşam hamama girdim, qəflətən bir...

Hadisə
11 yaşlı qıza nalayiq hərəkət edən şəxs kimdir? - Bakı məktəbində hadisənin TƏFƏRRÜATI - VİDEO

11 yaşlı qıza nalayiq hərəkət edən...

Hadisə
Qazaxıstanda dəhşətli qəza: avtobus qatarla toqquşdu

Qazaxıstanda dəhşətli qəza: avtobus...

Hadisə
Müəllimin xadiməyə təcavüzünün qandonduran təfərrüatı: "Bir əli ilə bacımın ağzını tutub..."

Müəllimin xadiməyə təcavüzünün...

Hadisə
Şirkət əməkdaşları qəzaya düşdülər: Yaralılar var

Şirkət əməkdaşları qəzaya düşdülər:...

Hadisə
Fədayə Laçınla bağlı ölkə rəhbərliyinə müraciət olundu

Fədayə Laçınla bağlı ölkə...

Комментарии (0)