11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Qulu Məhərrəmlinin verdiyi şikayətlə bağlı məhkəmə qərarı elan olunub

Qulu Məhərrəmlinin verdiyi şikayətlə bağlı məhkəmə qərarı elan olunub
Qulu Məhərrəmlinin verdiyi şikayətlə bağlı məhkəmə qərarı elan olunub


Bu gün Bakı Apellyasiya Məhkəməsində professor, əməkdar jurnalist Qulu Məhərrəmlinin İctimai Televiziyanın (İTV) İnformasiya Departamentinin direktoru Rauf Rəcəbovla bağlı verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndəsi və R.Rəcəbov çıxış edib.
Q.Məhərrəmlinin nümayəndəsi İlham İbadov çıxışında Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərarı ləğv edib, işin icraata götürülməsini istəyib.

R.Rəcəbov və onun nümayəndəsi isə qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edib.

Məhkəmənin qərarına əsasən, Q.Məhərrəmlinin apellyasiya şikayəti təmin edilməyib. Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Q.Məhərrəmli R.Rəcəbovu məhkəməyə verib. O, İTV-nin əməkdaşına qarşı xüsusi ittiham qaydasında iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Q.Məhərrəmli R.Rəcəbovun mətbuatda onun barəsində yazdığı məqaləyə görə Cinayət Məcəlləsinin 147 və 148-ci (böhtan və təhqir) maddələri ilə cəzalandırılmasını istəyib. Səbail Rayon Məhkəməsinin qərarına əsasən, iş aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Nəsimi Rayon Məhkəməsinin hakimi Elman İsayev isə şikayəti icraata götürməyib. O, iddianı əsassız sayıb. Həmin qərardan narazı qalan Q.Məhərrəmli apellyasiya şikayəti verib.

Bundan başqa, Q.Məhərrəmli R.Rəcəbovla bağlı mülki qaydada Səbail Rayon Məhkəməsinə müraciət edib. O, şərəf və layaqətin, işgüzar nüfuzun qorunması, təkzib verilməklə üzr istənilməsi və zərərin ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə prosesində R.Rəcəbov mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatət verib. Lakin məhkəmə vəsatəti təmin etməyib. İTV-nin əməkdaşı həmin qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi iddianın aidiyyəti üzrə düzgün verilidiyi və Səbail Rayon Məhkəməsində baxılmalı olduğu haqda qərar qəbul edib.

Xatırladaq ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. Bundan sonra A.Alışanov Q.Məhərrəmlini məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. Bununla bağlı A.Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlidən 100 min manat pul tələb edib. A.Alışanovun ərizəsində həmin pulu Körpələr Evinə verəcəyini göstərib.

Həmçinin, A.Alışanov Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlinin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib.Yasamal Rayon Məhkəməsində A.Alışanovun Q.Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmədə linqivistik ekspertiza təyin olunub.
Hadisə
Narkotacir iş başında saxlanıldı: Evindən külli miqdarda heroin çıxdı

Narkotacir iş başında saxlanıldı:...

Hadisə
Türkiyədə qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşı da olub

Türkiyədə qəzaya uğrayan təyyarədə...

Hadisə
Namaz əsnasında şiələrə bombalı hücum - Onlarla ölü və yaralı var

Namaz əsnasında şiələrə bombalı...

Hadisə
Salyan sakinindən külli miqdarda narkotik götürülüb

Salyan sakinindən külli miqdarda...

Hadisə
Bakıda ərəb türkün qulağını dişləyərək qoparıb

Bakıda ərəb türkün qulağını...

Hadisə
Bakıda azyaşlı bağlı qapı arxasında qaldı

Bakıda azyaşlı bağlı qapı arxasında...

Комментарии (0)