11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Rəsədxana: İyulun 29-30-da geomaqnit qasırğası gözlənilir

Rəsədxana: İyulun 29-30-da geomaqnit qasırğası gözlənilir
Rəsədxana: İyulun 29-30-da geomaqnit qasırğası gözlənilir


Ötən gün Yerdə geomaqnit həyəcanlaşmaları qeydə alınb.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev APA-ya bildirib ki, buna iyulun 23-də Günəşdə baş verən alışmadan sonra tac plazma kütlələrinin klsater şəklində atılması səbəb olub.

E. Babayevin sözlərinə görə, bu plazma buludları birbaşa Yerə doğru yönəlməsə də, yaratdığı effektlər dolayısı yolla Yerin maqnit sahəsinə təsir edib. O qeyd edib ki, nəticədə maksimumu 5 olan şkala üzrə G-1 sinfinə mənsub geomaqnit qasırğası baş verib: "Maksimumu 9 qradasiya üzrə geomaqnit Kp indeksi dünən 5 rəqəminə çatıb. Bu böyük rəqəm deyil, lakin kiçik də sayılmaz: "Hər halda geomaqnit qasırğası yaranıb. Hazırda Günəş səthində sakitlik hökm sürür və cəmi 16 Günəş ləkəsi var. Bunlar da bir Günəş fəallığı qrupunda birləşib. Sonradan indeks bir qədər də enib və hal-hazırda 3 ətrafındadır. Bu o deməkdir ki, həyəcanlaşma getdikcə zəifləməkdədir”.

E.Babayev vurğulayıb ki, bu dəfə qeydə alınan geomaqnit qasırğası kommunikasiya və naviqasiya, yüksək tezlikli elektromaqnit siqnallarına maneə yaradıb. Maksimumu 5 olan şkala üzrə R-1 radiosönmə "qasırğası” da müşahidə edilib. Bu da radiosiqnalların qısa müddətli "donma”sına, onlarda hansısa qısamüddətli fluktuasiyalara (həyəcanlaşmalara) səbəb olub.

Direktor müavini əlavə edib ki, hazırda Günəş səthində orta ölçülərə malik tac dəliyi müşahidə olunur. Tac dəliyindən adətən yüksək sürətli qaynar plazma küləyinin "əsdiyini” deyən E.Babayev vurğulayıb ki, yüklü zərrəciklər seli Yerətrafı fəzaya çatanda əlavə həyəcanlaşma və hətta geomaqnit qasırğası yaradır: "Bu dəfə tac dəliyindən olan mənfi təsirlər iyulun 29-30-da gözlənilir. Günəşin səthində alışmaların olma ehtimalı isə çox aşağıdır. Çünki Günəş səthində ləkələrin sayı həddən artıq azdır”.
Hadisə
Narkotacir iş başında saxlanıldı: Evindən külli miqdarda heroin çıxdı

Narkotacir iş başında saxlanıldı:...

Hadisə
Türkiyədə qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşı da olub

Türkiyədə qəzaya uğrayan təyyarədə...

Hadisə
Namaz əsnasında şiələrə bombalı hücum - Onlarla ölü və yaralı var

Namaz əsnasında şiələrə bombalı...

Hadisə
Salyan sakinindən külli miqdarda narkotik götürülüb

Salyan sakinindən külli miqdarda...

Hadisə
Bakıda ərəb türkün qulağını dişləyərək qoparıb

Bakıda ərəb türkün qulağını...

Hadisə
Bakıda azyaşlı bağlı qapı arxasında qaldı

Bakıda azyaşlı bağlı qapı arxasında...

Комментарии (0)