09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Şirvandakı partlayışla bağlı cinayət işi qaldırıldı

Şirvandakı partlayışla bağlı cinayət işi qaldırıldı
Şirvandakı partlayışla bağlı cinayət işi qaldırıldı


Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri birgə məlumat yayıb.

May.Az daxil olan məlumatda deyilir: "Xəbər verildiyi kimi, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar, Müdafiə Sənayesi, Daxili İşlər, Səhiyyə nazirliklərinin və Baş Prokurorluğun əməkdaşları, həmçinin Fövqəladə Hallar Nazirliyinin maşın, mexanizm və canlı qüvvəsi cəlb olunmuş, zəruri birgə tədbirlərin görülməsinə başlanılaraq partlayışın genişlənməsinin qarşısı alınmış, hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 24 nəfərə təcili tibbi yardım göstərilməsi üçün Şirvan Mərkəzi Şəhər Xəstəxanasına və Şirvan Şəhər Diaqnostika Mərkəzinə çatdırılmış və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir. Tibb müəssisələrinə yerləşdirilən şəxslərdən 14-nə ambulator yardım göstərilərək evə buraxılmış, digər 7 nəfərin vəziyyəti yüngül, 3 nəfərin isə orta ağır qiymətləndirilməklə müalicələri davam etdirilir.

Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb, Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış və digər zəruri prosesual hərəkətlər aparılıb.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, partlayış zavodun utilizasiya sahəsində vaxtı keçmiş müxtəlif kalibrli döyüş sursatlarının utilizasiyaya hazırlıq prosesində baş verib. Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə cinayət işi üzrə kompleks məhkəmə yanğın-texniki, partlayış, fiziki-texniki, materialşünaslıq, ekoloji, tikinti-texniki, əmtəəşünaslıq və məhkəmə tibbi ekspertizaları təyin edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Hadisə
Azərbaycanda toy günü biabırçılıq: Bəy gəlini döyüb atası evinə göndərdi

Azərbaycanda toy günü biabırçılıq:...

Hadisə
Qazaxıstanda dəhşətli qəza: avtobus qatarla toqquşdu

Qazaxıstanda dəhşətli qəza: avtobus...

Hadisə
Azərbaycanda qız toyuna bir gün qalmış başqası ilə qaçdı

Azərbaycanda qız toyuna bir gün...

Hadisə
Külli miqdarda narkotik vasitə ələ keçirildi

Külli miqdarda narkotik vasitə ələ...

Hadisə
Bakıda yağışın yağması ilə evləri su basdı

Bakıda yağışın yağması ilə evləri...

Hadisə
İsmayıllıda yol qəzasında ana və qızı ağır xəsarət alıb

İsmayıllıda yol qəzasında ana və...

Комментарии (0)