11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

"Bir gündə 12 nəfər mənə təcavüz etdi..." - İŞİD-in köləsinə çevrilən qadın

"Bir gündə 12 nəfər mənə təcavüz etdi..." - İŞİD-in köləsinə çevrilən qadın
"Bir gündə 12 nəfər mənə təcavüz etdi..." - İŞİD-in köləsinə çevrilən qadın


“Azadlıq” və “xalqını müdafiə etmək” üçün PKK terror təşkilatına qoşularaq Qəndil dağına (PKK terror təşkilatının əsas qərargahı hesab olunur) çıxan qadınlar sonradan bu xülyaların boş olduğunu anlayırlar.

BiG.AZ xəbər verir ki, bu, Türkiyə kəşfiyyatının hesabatında yer alan PKK-çı qadınların ifadələrində əksini tapıb.
Hesabat PKK-çı qadın terrorçuların ifadələrinin əsasında hazırlanıb. Hesabata görə, terrorçu qadınlar işgəncələr və təcavüzə məruz qalır, bəzi qadınlar isə təcavüzə məruz qalandan sonra öldürülürdülər.

10 il ərzində PKK-çı qadın terrorçulardan 571-i təslim olub, 8 min 661-i tutulub. Kəşfiyyat hesabatına görə, aldadılaraq dağa çıxarılan gənc qızlar Qəndildə “seks köləsi” kimi istifadə edilirdilər. Təcavüz və işgəncələrə etiraz edənlər isə “agent” damğası ilə edam olunurdular. Bəzi qadınlar isə yaşadıqlarına dözməyərək intihar edirdilər.
Türkiyə KİV-inin yazdığına görə, bəzi qadınlar aşağıdakı ifadələri veriblər:

K.S. (32): 17 yaşındakı Dilan və 18 yaşındakı Agıt kimi 28 qadınla birlikdə 2002-2003-cü illərdə “Camal” kod adlı Murad Karayılanın (PKK-nın liderlərindən biridir - red.) mühafizəçisi oldum. İstanbuldan olan Dilan 2002-ci ildə Karayılan tərəfindən təcavüzə uğradığı üçün əl bombası ilə intihar etdi. Karayılanın qorxusundan kimsə səsini çıxara bilmədi.
“8 aylıq körpəni sobaya atdılar”

B. kod adlı S.K: Dilbər adlı qadına “Cuma” kod adlı Cəmil Bayıkın (PKK-nın liderlərindən biridir - red.) təcavüz etdiyi ortaya çıxmışdı. O, Bayıkın əmri ilə edam edilir. Təşkilatın rəhbərlərindən biri olan Əli Haydar Kaytanın həyat yoldaşı Cəmilə Kaytan başqa bir düşərgədə hamilə qalmışdı. Onun bətnindəki 8 aylıq uşağı götürərək sobaya atıb yandırdılar. Təşkilatın ilk qadın üzvlərindən olan Saime Aşan təşkilatın liderlərinin qadınlarla olan əlaqələrini tənqid etdiyi üçün Qəndildə öz əli ilə qazdığı məzarda güllələndi. “Dr. Jiyan” kod adlı Lamia Baski uğradığı cinsi təcavüz üzündən Avropadakı ailəsinin yanına dönmək istədiyi üçün Cəmil Bayık tərəfindən “agent” elan edilərək aylarla işgəncələrə məruz qaldı. Daha sonra isə başından güllələnərək öldürüldü.

“Mağarada 2 ay təcavüz etdilər”
Z. kod adlı B.Y. (24): Mağara üzrə məsul şəxs mənə hər kəsin gözü qarşısında təcavüz etdi. Sərt reaksiya verdiyim üçün haqqımda “agent” şayiəsi yaymağa başladı. İlk fürsətdə qaçaraq təslim oldum.
B. kod adlı F. G. (32): Silahlı iki şəxs məni dağa qaçırdı. Mağarada 2 ay ərzində təcavüz etdilər. Qaçaraq təslim oldum.
Y. kod adlı H. K. (25): Qəndildə olduğum müddətdə təcavüzə uğrayan və hamilə qalan iki suriyalı qadın gözümün qarşısında güllələndi. Hələ də Diyarbəkirdə həbsdə olan K.C.-nın təcavüz etdiyi “Asmin Evin” kod adlı Selma D. hər şey ortaya çıxanda edam edilməkdən qorxaraq öz silahı ilə intihar edir. PKK qadın terrorçunun silahlı qarşıdurmada öldüyünü açıqlayır.

Ç. Kod adlı Ö. K.: Bir gecədə 3 ayrı adam mənə təcavüz etməyə cəhd etdi. Təşkilatdakı yüksək vəzifəli qadınlardan birinə şikayət etdim. “Burada hansımız təmizik ki, sən də təmiz qalasan” deyərək mənə cavab verdi. Azadlıq üçün çıxdığım dağda kölə olduğumu fərq etdim.
S. kod adlı S. A.: 19 yaşımda PKK-ya qatıldım. Təcavüzə uğradığımı Qəndilə gedərək şəxsən rəhbərliyə bildirdim. Rəhbərlik səssiz qalmağımı istədi, əks halda məni edamla təhdid etdi. Daha sonra Kelareş düşərgəsində düşərgənin rəhbəri “Cudi” kod adlı Seyithan Yılmaz da daxil olmaqla 12 nəfər mənə təcavüz etdi. Yılmazı bıçaqlayaraq qaçdım.
“Hamilə Rojini çaya atdılar”

G. kod adlı G. Ö. (26): Böyük qardaşım qarşıdurmada öləndən sonra digər qardaşımla birlikdə təşkilata qatıldım. Mardinli Rojin təşkilatın rəhbərliyi tərəfindən təcavüzə məruz qalandan sonra hamilə qalmışdı. Onu Dəclə çayına ataraq öldürdülər. Bizi də eynisini etməklə təhdid etdilər.

Ş. kod adlı A. G: Təşkilatda qadınlara ən çox düşkün olan Murad Karayılan və Cəmil Bayıkdır. Karayılanın qorumalarından olan H. kod adlı qadın davamlı şəkildə cinsi əlaqəyə məcbur edildiyi üçün qaçaraq sərhəddə təslim oldu.

mənbə: publika.az
İslam
Bu hallar baş verən kimi orucu pozun, şoka girə bilərsiniz – XƏBƏRDARLIQ

Bu hallar baş verən kimi orucu...

İslam
Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı

Ramazan ayının ikinci gününün duası...

İslam
Fələq surəsi

Fələq surəsi...

İslam
Azərbaycanda Məhərrəm ayı bu tarixdən başlayır

Azərbaycanda Məhərrəm ayı bu...

İslam
Ölümdən sonra həyat mövcuddur - Alimlərdən DÜNYANI ŞOKA SALAN ARAŞDIRMA

Ölümdən sonra həyat mövcuddur -...

İslam
"Bir gündə 12 nəfər mənə təcavüz etdi..." - İŞİD-in köləsinə çevrilən qadın

"Bir gündə 12 nəfər mənə təcavüz...

Комментарии (0)