11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Kimlər oruc tutmaya bilər

Kimlər oruc tutmaya bilər
Dörd təbəqədən olan adamlar oruc tutmaya bilərlər; onlar həm qəza orucundan, həm də kəffarədən azaddırlar: 
  • Həddi-büluğa çatmamış uşaqlar;
  • Psixi cəhətdən qeyri-normal şəxslər;
  • Qocalıb əldən düşmüş şəxslər;
  • Aclıq və susuzluğa heç cür tab etməyən daimi xəstələr.
Amma daha dörd təbəqədən olan şəxslər isə ramazan ayında oruc tutmaya bilərlər; bunun üçün onlara kəffarə də düşmür, sadəcə olaraq itirdikləri hər gün əvəzinə bir gün qəza orucu onlara vacibdir:
  • Hamilə qadınlar. Onlar itirdikləri hər günün əvəzində ehtiyaclılara 750 qram yemək verməli, ana olduqdan sonra isə qəza oruclarını tutmalıdırlar;
  • Körpəsinə süd verən qadın (əgər oruc tutduğu təqdirdə südünün kəsiləcəyindən qorxarsa). Onlar da hər gün üçün 750 qram ehsan etməli, südvermə müddəti bitdikdən sonra qəza orucu tutmalıdır.
  • Qadınlar paklıq vəziyyətləri pozulduğu günlərdə oruc tutmamalı, lakin sonra mütləq qəza etməlidirlər (hər gün müqabilində bir gün hesabı ilə);
  • Ramazan ayında müvəqqəti xəstələnmiş şəxslərin səhhətinə oruc tutmaq təhlükə törədirsə, xəstə olduqları günlərdə orucdan azaddırlar. əgər gələn ilin ramazan ayına kimi sağalsalar, mütləq qəza orucu tutmalıdırlar. əgər gələn ilə kimi sağalmasalar, qəza orucu vacib olmaz, yalnız hər gün üçün 750 qram ehsan etmələri kifayətdir.
Səfərdə olan şəxs vətənə dönənə kimi orucdan azaddır, amma qayıdandan sonra mütləq qəza etməlidir (hər gün üçün bir gün hesabı ilə). Amma bəzi hallarda insan səfərdə də olsa, oruc tutmalıdır və orucu pozmağa ixtiyarı yoxdur. Məsələn:
  • Səfərə gedib-qayıdarkən üst-üstə 8 fərsəxdən az məsafə qət edərsə; 
  • Səfər zamanı bir məntəqədə ardıcıl olaraq ən azı 10 gün (Cəfəri məzhəbinə görə), yaxud 15 gün (Hənəfi və Şafii məzhəbinə görə) qalarsa; 
  • Peşəsi səfərə çıxmaq (məsələn, sürücülük, bələdçilik və s.) olarsa. 
Ramazan
Kimlər fitrə verə bilməz? - SƏDR MÜAVİNİ DANIŞDI

Kimlər fitrə verə bilməz? - SƏDR...

Ramazan
Orucun sağlamlığa faydaları

Orucun sağlamlığa faydaları...

Ramazan
Oruc tutmağın qaydaları

Oruc tutmağın qaydaları...

Ramazan
Orucu pozan əməllər

Orucu pozan əməllər...

Ramazan
Mübarək Ramazan gecələrinin namazları

Mübarək Ramazan gecələrinin...

Ramazan
Kimlər oruc tutmaya bilər

Kimlər oruc tutmaya bilər...

Комментарии (0)