11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

PKK-nın Qarabağda 7 düşərgəsi üzə çıxdı

PKK-nın Qarabağda 7 düşərgəsi üzə çıxdı
PKK-nın Qarabağda 7 düşərgəsi üzə çıxdı


Erməni silahlı qüvvələri ilə birgə Qarabağda döyüşən terroçu təşkilat kimi tanın PKK-nın düşərgələri ifşa edilib.

PKK və təşkilatın Suriyadakı birliklərinin tərkibində yer alan "Nübar Ozaryan alayı"na bağlı terroçuların Qarabağda 7 düşərgə qurduğu müəyyən edilib.

Düşərgələr Ermənistanla Qarabağ arasında logistik dəhliz kimi istifadə edilən Laçın-Kəlbəcər xəttində yerləşir.

Bu bölgə ən məhsuldar su ehtiyatları ilə yanaşı zəngin yeraltı sərvtələrə malikdir. Burada qızıl və mis başda olmaqla 155 mineral yatağı beynəlxalq şirkətlər tərəfindən idarə olunur. PKK da Suriyada olduğu kimi burada həmin qaynaqların keşiyini çəkir.

PKK terroçularının Laçındakı düşərgənlərindən biri daha çox mərkəzi qərargaha bənzəyir. Burada silah anbarları, xüsusi hərbi hazırlıqlar üçün meşə sahəsi var. 2017-ci ildə Raqqada öldürülən TİKKO-nun (erməni terror təşkilatı kimi tanınır -red) liderlərindən olan Nübar Ozaryanın adını daşıyan alayın mərkəzi qərargahı isə Kəlbəcərdədir.

PKK-ya bağlı media orqanları da təşkilata bağlı terrorçuların Qarabağdakı varlığını gizlətmir.

Türkiyə mediasının yazdığına görə, Azərbaycanın kəşfiyyat orqanları terrorçuların adlarını müəyyənləşdirlir. Terrorçulardan biri Laçındakı düşərgərlərdə olan Rakkadan Ermənistana gedən D.A. adlı terroçudur. Əvvəllər terror təşkilatlarının media orqanlarında çıxış edən D.A.-nın 9 ay Suriyada cəbhə xəttində olduğu bildirilir.

Ermənistan 2008-ci ildən bəri Şimali İraqdan qaçan PKK terrorçularını Dağlıq Qarabağa yerləşdirir. Hələ o dövrdə Kürd İctimai Birlikləri Beynəlxalq İttifaqının sədri Merab Şamoyev bir qrup terrorçu ilə Xankəndini ziyarət etmiş, səfər çərçivəsində İraq və Türkiyədə gələn PKK terrorçularının Laçın və Kəlbəcərə yerləşdirilməsi müzakirə olunmuşdu.

Məlumatlarda deyilir ki, Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşən "Nübar Ozanyan alayı"nda dünyanın hər yerindən gələn terroçular var. Yunan nəşrinə danışan alay komandiri Nübar Melkonyan rəhbəri olduğu qrupun Hələb, İngiltərə, Fransa və ABŞ-dan olan erməni könüllülərindən ibarət olduğunu bildirib. Melkonyan əlavə edib ki, gələn könüllülər erməni dili və mədəniyyəti haqqında məlumatsızdır. O könüllülərin düşərgələrdə təlim keçdiyini qeyd edib. Melkonyan başqa bir açıqlamasında isə bildirib ki, muzdlu döyüşçülər Ras əl-Ayn, Tall Təmr və Əbdüləziz dağı da daxil olmaqla Əl-Həsəkə vilayətində döyüşüb./yenisabah
Qarabag
İtkin düşən daha bir hərbçinin meyiti tapıldı

İtkin düşən daha bir hərbçinin...

Qarabag
Ağdamdakı maddi-mədəniyyət nümunələri Ermənistana daşınılıb

Ağdamdakı maddi-mədəniyyət...

Qarabag
25 oktyabr: Qubadlı həsrətinin vüsala qovuşduğu gün

25 oktyabr: Qubadlı həsrətinin...

Qarabag
MN “Elbrus” ballistik raket qurğusunun göstəricilərini açıqlayıb

MN “Elbrus” ballistik raket...

Qarabag
Ermənilərin döyüş texnikası məhv edilib və sıradan çıxarılıb - SİYAHI

Ermənilərin döyüş texnikası məhv...

Qarabag
Birinci Qarabağ müharibəsinin daha dörd itkin şəhidi dəfn ediləcək

Birinci Qarabağ müharibəsinin daha...

Комментарии (0)