11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Ağdamdakı maddi-mədəniyyət nümunələri Ermənistana daşınılıb

Ağdamdakı maddi-mədəniyyət nümunələri Ermənistana daşınılıb
Ağdamdakı maddi-mədəniyyət nümunələri Ermənistana daşınılıb


Hazırda işğaldan azad edilən ərazilərin boşaldılması ilə əlaqədar Ermənistan tərəfindən Azərbaycan Respublikasının Ağdam rayonunda illərdir aparılan qazıntılar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələrinin Ermənistana daşınılması faktı aşkarlanıb.

Bu barədə MAY.AZ-a Mədəniyyət Nazirliyindən bildirilib.

"UNESCO-nun "Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında" 1954-cü il Haaqa Konvensiyasını və "Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında" 1970-ci il Konvensiyasına əsasən Ermənistan tərəfinin bu əməlləri beynəlxalq hüquqa ziddir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Ermənistanın törətdiyi bu vandalizm əməllərini qəti pisləyir. Ermənistanın uzun illərdir davam etdirdiyi bu əməlləri beynəlxalq hüquqi məsuliyyət yaradır.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu məsələləri ciddi nəzarətdə saxladığını bildirir və Ermənistan tərəfinin qeyri-qanuni fəaliyyətləri barədə beynəlxalq təşkilatların mütəmadi olaraq məlumatlandırılacağı və bu kimi mənimsəmə faktlarının qarşısının alınması üçün zəruri hüquqi prosedurların tətbiqi üçün tədbirlər görüləcəyini diqqətə çatdırır. Beynəlxalq təşkilatlar, xüsusilə UNESCO tərəfindən bu faktlara hüquqi qiymətin verilməsi tələb olunur.

Mədəniyyət Nazirliyi bir daha bəyan edir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri daxilində büttün maddi-mədəni nümunələr Azərbaycan dövlətinin mülkiyətidir və mənşəyindən asılı olmayaraq onların ən yüksək səviyyədə qorunması təmin ediləcək", - deyə nazirlikdə bildirilib.
Qarabag
İtkin düşən daha bir hərbçinin meyiti tapıldı

İtkin düşən daha bir hərbçinin...

Qarabag
Ağdamdakı maddi-mədəniyyət nümunələri Ermənistana daşınılıb

Ağdamdakı maddi-mədəniyyət...

Qarabag
25 oktyabr: Qubadlı həsrətinin vüsala qovuşduğu gün

25 oktyabr: Qubadlı həsrətinin...

Qarabag
MN “Elbrus” ballistik raket qurğusunun göstəricilərini açıqlayıb

MN “Elbrus” ballistik raket...

Qarabag
Ermənilərin döyüş texnikası məhv edilib və sıradan çıxarılıb - SİYAHI

Ermənilərin döyüş texnikası məhv...

Qarabag
Birinci Qarabağ müharibəsinin daha dörd itkin şəhidi dəfn ediləcək

Birinci Qarabağ müharibəsinin daha...

Комментарии (0)