11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

"Qarabağ Dirçəliş Fondu" yaradıldı - FƏRMAN

"Qarabağ Dirçəliş Fondu" yaradıldı - FƏRMAN
Prezident İlham Əliyev "Qarabağ Dirçəliş Fondu" publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Fərmana əsasən, "Qarabağ Dirçəliş Fondu" Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılır. Fondun fəaliyyətinə cari rəhbərliyi üç üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir
Fondun vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.
Dövlət başçısı Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam da imzalayıb.
Sərəncama əsasən, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Tural Gəncəliyev – Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru
Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru
Kamal Abdulla – Azərbaycan Dillər Universitetinin rektoru
Alim Qasımov – Azərbaycan Respublikasının Xalq artisti.
Qarabag
İtkin düşən daha bir hərbçinin meyiti tapıldı

İtkin düşən daha bir hərbçinin...

Qarabag
Ağdamdakı maddi-mədəniyyət nümunələri Ermənistana daşınılıb

Ağdamdakı maddi-mədəniyyət...

Qarabag
25 oktyabr: Qubadlı həsrətinin vüsala qovuşduğu gün

25 oktyabr: Qubadlı həsrətinin...

Qarabag
MN “Elbrus” ballistik raket qurğusunun göstəricilərini açıqlayıb

MN “Elbrus” ballistik raket...

Qarabag
Ermənilərin döyüş texnikası məhv edilib və sıradan çıxarılıb - SİYAHI

Ermənilərin döyüş texnikası məhv...

Qarabag
Birinci Qarabağ müharibəsinin daha dörd itkin şəhidi dəfn ediləcək

Birinci Qarabağ müharibəsinin daha...

Комментарии (0)