11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Suqovuşana bayraq sancan igidimiz: "Həm şərəfli, həm məsuliyyətli, həm də təhlükəli işdir" - FOTO

Suqovuşana bayraq sancan igidimiz: "Həm şərəfli, həm məsuliyyətli, həm də təhlükəli işdir" - FOTO
Suqovuşana bayraq sancan və məşhur video ilə bütün ölkədə tanınan Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi İlkin Fərzəliyev Suqovuşanın azad olunmasının ildönümündə müsahibə verib.
İgid əsgər bildirib ki, 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarda ilk bayrağı asmaq insana böyük qürur verir:
"Həm şərəfli, həm məsuliyyətli, həm də təhlükəli işdir. Bayraq sancmağa gedirsən və bilirsən ki, düşmən hər an səni vura bilər. Amma heç bir qorxu bayraq, vətən sevgisindən üstün deyil".
Qeyd edək ki, ordumuz Suqovuşan və Talış kəndlərini 2020-ci ilin oktyabrın 3-də erməni işğalçılarından təmizləyib.
Həmin gün Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırılıb.
Xatırladaq ki, 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Qədim adı Suqovuşan olan, sovet hakimiyyəti illərində Madagiz adlandırılan kənd Tərtər rayonuna birləşdirilən yaşayış məntəqələrindən biridir.
Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Lakin 1994-cü ilin aprelində yenidən Ermənistan tərəfindən işğal olunub.(oxu.az)

Qarabag
İlham Əliyev: "Biz onları geri oturtmalı idik və bunu da etdik"

İlham Əliyev: "Biz onları geri...

Qarabag
Ağdamdakı maddi-mədəniyyət nümunələri Ermənistana daşınılıb

Ağdamdakı maddi-mədəniyyət...

Qarabag
"Qaçqınkom": Məcburi köçkünlərin geri qayıtması könüllülük əsasında aparılacaq

"Qaçqınkom": Məcburi köçkünlərin...

Qarabag
Qarabağda çox böyük həcmdə silah-sursat anbarları müəyyən edilib

Qarabağda çox böyük həcmdə...

Xeberler / Qarabag / Siyasət
Zəngilanın 1 qəsəbəsi və 13 kəndi işğaldan AZAD EDİLDİ

Zəngilanın 1 qəsəbəsi və 13 kəndi...

Qarabag
Bu sərəncam müharibə iştirakçılarına aiddir

Bu sərəncam müharibə...

Комментарии (0)