11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Köçkün düşən soydaşlarımız Xankəndinə hansı tarixdə qayıda bilər? - Politoloq AÇIQLADI

Köçkün düşən soydaşlarımız Xankəndinə hansı tarixdə qayıda bilər? - Politoloq AÇIQLADI
Böyük qayıdış konsepsiyası Xankəndi və ətraf ərazilərdə təhlükəsizlik məsələləri tam təmin edildikdən sonra bu ərazilərə də aid ediləcək. Xankəndinə qayıdış hansı tarixdə başlaya bilər?


Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullayev BiG.AZ açıqlama verib.


"Azərbaycan böyük qayıdış konsepsiyası işğaldan azad edilmiş ərazilərə tətbiq olunur. Xankəndi və ətraf ərazilərdə qayıdış prosesi aparmaq üçün ilk növbədə təhlükəsizlik tədbirləri yüksək səviyyəyə çatdırılmalıdır. Rusiya sülhməramlıları hələ də buradadır. Müəyyən dərəcədə meşələrdə terrorçu qüvvələrin qaldığı təxmin edilir. Təhlükəsizlik üst səviyyəyə qaldırıldıqdan sonra, böyük qayıdış Xocavənd, Əsgəran, Xocalıda həyata keçiriləcək. Artıq bir aydan çoxdur ki, antiterror əməliyyatı başa çatıb. Bir aya qayıdış konsepsiyası bu ərazilərdə tətbiq etmək tezdir. İlk növbədə burada erməni sakinləri yaşayır. Ona görə də ilk növbədə təhlükəsizlik tam şəkildə təmin olunmalıdır. Təhlükəsizlik orqanları bu sahədə lazimi tədbirlər həyata keçirməkdə davam edir. Bundan sonra isə qayıdış konsepsiyası həyata keçiriləcək.


Düşünmürəm ki, Qarabağı könüllü şəkildə tərk edən ermənilər, bura qayıdıb, birgə yaşayışı qəbul etsinlər. Azərbaycan erməni sakinlərin hüquqlarını ölkə Konstitusiyası əsasında təmin ediləcəyini dəfələrlə vurğuladı. Amma görüldüyü kimi əksəriyyət bunu qəbul etmədi.Erməni sakinlərin yenidən kütləvi sürətdə Qarabağa qayıdacağını düşünmürəm. Xankəndidən, Xocalıdan Ağdərədən, Xocavənddən köçkün düşən soydaşlarımız geri qayıtma prosesi, gələn ilin yaz aylarından başlaya bilər".


Gülcahan Məmmədova
Qarabag
İlham Əliyev: "Biz onları geri oturtmalı idik və bunu da etdik"

İlham Əliyev: "Biz onları geri...

Qarabag
Ağdamdakı maddi-mədəniyyət nümunələri Ermənistana daşınılıb

Ağdamdakı maddi-mədəniyyət...

Qarabag
"Qaçqınkom": Məcburi köçkünlərin geri qayıtması könüllülük əsasında aparılacaq

"Qaçqınkom": Məcburi köçkünlərin...

Qarabag
Qarabağda çox böyük həcmdə silah-sursat anbarları müəyyən edilib

Qarabağda çox böyük həcmdə...

Xeberler / Qarabag / Siyasət
Zəngilanın 1 qəsəbəsi və 13 kəndi işğaldan AZAD EDİLDİ

Zəngilanın 1 qəsəbəsi və 13 kəndi...

Qarabag
Bu sərəncam müharibə iştirakçılarına aiddir

Bu sərəncam müharibə...

Комментарии (0)