11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Mədəniyyət Nazirliyi Novruz Qartalın ölümü ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Novruz Qartalın ölümü ilə bağlı nekroloq yayıb
Mədəniyyət Nazirliyi Əməkdar artist Novruz Qartalın ölümü ilə bağlı nekroloq yayıb.
Nekroloqda deyilir:
"Azərbaycan mədəniyyətinə itki üz verib. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Yaqub oğlu Əliyev (Novruz Qartal) vəfat edib.
Sevilən aktyor 1947-ci il martın 21-də anadan olub.1966-cı ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun "Musiqili komediya aktyoruğu" fakultəsini bitirib. Daha sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrında fəaliyyətə başlayıb.
"Toy kimindir" səhnə əsərində Qoşun, "Durna"da Dursun, "Hicran"da Balaəmi, "Lənət şeytana"da İsrafil, "Özümüz bilərik"də İbişov, "Milyonçunun dilənçi oğlu"nda Xidmətçi, "Sevindik qız axtarır"da Tələbə, "Nənəmin şahlıq quşu"nda Qədim Qədimoviç və digər rolları ilə tamaşaçıların dərin rəğbətini qazanıb. N. Əliyev bir müddət Xalq artisti Hacıbaba Bağırovun rəhbərlik etdiyi "Tənqid-Təbliğ" Teatrında çalışıb. 1996-cı ildə yaradıcılıq fəaliyyətini Musiqili Komediya Teatrda (Akademik Musiqili Teatrın keçmiş adı) yenidən davam etdirən Novruz Əliyev maraqlı obrazlar silsiləsi yaratmağa nail olub.
Novruz Əliyev Akademik Musiqili Teatrın yeni quruluşda hazırlanan "Beş manatlıq gəlin", "Hicran" tamaşalarında da rol alsa da, amansız xəstəlik səhnə əsərlərinin premyeralarında oynamağı ona nəsib etmədi.
Sevilən aktyorun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!"
Həyat tərzi
Rusiyanın Mark Zukerberqi Pavel Durov kimdir? – MARAQLI FAKTLAR

Rusiyanın Mark Zukerberqi Pavel...

Həyat tərzi
Yuxu nədir, insan niyə yuxu görür? — BU GÜNƏ QƏDƏR BİLMƏDİYİMİZ HƏQİQƏTLƏR

Yuxu nədir, insan niyə yuxu görür?...

Həyat tərzi
Banunun anasının şəkilləri ortaya çıxdı

Banunun anasının şəkilləri ortaya...

Həyat tərzi
Evin sonbeşiyi, 7 nəvənin nənəsi – Fransanın yeni birinci xanımı

Evin sonbeşiyi, 7 nəvənin nənəsi –...

Həyat tərzi
Azərbaycanda bu universitet 6 günlük dərs proqramına keçir? - AÇIQLAMA

Azərbaycanda bu universitet 6...

Həyat tərzi
Son dəfə bu mahnını oxuyub

Son dəfə bu mahnını oxuyub...

Комментарии (0)