11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Məşhur aktrisa: "Evimi rəfiqəm dağıtdı, bulvarda kolların dibində gecələdim"

Məşhur aktrisa: "Evimi rəfiqəm dağıtdı, bulvarda kolların dibində gecələdim"
"Həmişə rol alanda çox ciddiləşirəm. Fikrimi-zikrimi həmin rola, obrazın mahiyyətini açıb göstərməyə çalışıram. Hiss etmirəm ki, ya səhnədəyəm, ya da çəkiliş meydançasında. Elə bilirəm ki, bu hadisə mənim başına gəlib, obrazımın yox. Uzun illər Gənc Tamaşaçılar Teatrında çalışmışam, teatrda bir-birindən maraqlı xarakterlərə həyat vermişəm. Hal-hazırda isə "Bir qadın" serialında çəkilirəm. Gənclərlə çalışmağın özü də bir gözəllik, təravətdir".
BiG.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktrisa Sona Babayeva deyib.
O daha sonra çətin keçən uşaqlıq illərindən danışıb.
"Ata-anamı erkən itirdiyimə görə uşaq evində böyümüşəm. Uşaq evində heç vaxt əziyyət çəkməmişəm, hətta deyərdim ki, ən gözəl illərimi burada yaşamışam. Mənim Ağalarova Bahar adlı bir müdürəm var idi. O özü də çətinliklə böyüdüyündən bizi çox yaxşı başa düşürdü. Biz ona Bahar xanım yox, "anacan" deyirdik. Bir dəfə anasızlığımdan şikayətlənəndə, mənə dedi ki, Soniçka, sən heç kəsə demə ki, sənin anan yoxdur. Mən sənin ananam. 10-cu sinifi bitirəndən sonra sənədlərimi İncəsənət Universitetinə verdim. O vaxt belə idi ki, universitetə daxil olandan sonra sən uşaq evindən çıxmalı idin. Heç kimim də yox idi, hara gedim?! Dərsim 2-ci növbə başlayırdı, dərsdən çıxandan sonra kafedə yemək yeyib, axşam bulvara gəlirdim. Görürdüm ki, insanlar seyrəkləşdi, kolların arasına girib yatırdım. Daha sonra gördüm ki, soyuqlar düşür, çöldə dözə bilmirəm. Gəlib universitetdə uşaqlara dedim ki, mən universitetdən çıxıram. O vaxt bizim kursda məşhur sənətkarlar oxuyurdu. Şahmar Ələkbərov dedi ki, gedək bizdə qal, Həsən Əbluc da dedi ki, gedək bizə. Hərəsində 1 ay qaldım. Daha sonra Ağaxan Salmanlı müəllimin istəyi ilə mənim üçün 1 otaqlı kirayə ev tapdı. Bu günümə, yaşayışıma şükürlər olsun" deyə aktrisa bildirib.
Sona Babayeva şəxsi həyatından da danışıb.
"Sevib ailə həyatı qursam da ailəm rəfiqəm tərəfindən dağıldı. Yoldaşım mənə onunla xəyanət etdi, mən bu xəyanəti götürmədim. Oğlumu tək böyütdüm, toyunu da teatr etdi" deyə sənətkar bildirib.
Həyat tərzi
Rusiyanın Mark Zukerberqi Pavel Durov kimdir? – MARAQLI FAKTLAR

Rusiyanın Mark Zukerberqi Pavel...

Həyat tərzi
Yuxu nədir, insan niyə yuxu görür? — BU GÜNƏ QƏDƏR BİLMƏDİYİMİZ HƏQİQƏTLƏR

Yuxu nədir, insan niyə yuxu görür?...

Həyat tərzi
Banunun anasının şəkilləri ortaya çıxdı

Banunun anasının şəkilləri ortaya...

Həyat tərzi
Evin sonbeşiyi, 7 nəvənin nənəsi – Fransanın yeni birinci xanımı

Evin sonbeşiyi, 7 nəvənin nənəsi –...

Həyat tərzi
Azərbaycanda bu universitet 6 günlük dərs proqramına keçir? - AÇIQLAMA

Azərbaycanda bu universitet 6...

Həyat tərzi
Son dəfə bu mahnını oxuyub

Son dəfə bu mahnını oxuyub...

Комментарии (0)