11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

"Bir ildir evliyik, amma ayrı yaşayırıq"

"Bir ildir evliyik, amma ayrı yaşayırıq"
"Hamıya ən maraqlısı budur: biz necə tanış olmuşuq? Deyilənlər kimi, TikTok və ya "Qız Amerikada yaşayırdı orada tanış olublar" deyil. Bu kimi yalanları özlərini mənə yaxın bilib profil açıb yazanlar yayır. Biz Krislə 2016-cı ildən bu yana dost olmuşuq. Tanışlığımız isə necə və harada olub yaxın zamanda biləcəksiniz".
Axşam.az xəbər verir ki, bu sözləri Hollivud ulduzu Jan Kloud Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə bildirib. O, sosial şəbəkədə ünvanlanan sualları cavablandırıb. 22 yaşlı Suada bildirib ki, həyat yoldaşı ilə uzun müddət dost olub.
Van Dammla münasibətlərindən söz açan musiqiçi onunla ilk tanışlığını belə xatırlayıb:
"İlk dəfə realda tanış olanda mənə tərəf gələ-gələ qollarını açıb "Qızım" səsləndi və qucaqladı. Sadə iki insan, ailə kimi tanış olduq. Aramız çox yaxşıdır. Öz uşaqları ilə necə danışırsa, məni də eyni cür qəbul etdi. Səmimi, ürəyi sevgi ilə dolu bir ata. Qayınanamla öz anam kimi, bacısısıyla bacım, qardaşıyla qardaşım kimiyəm".
Suada əlavə edib ki, Kristoferlə ailəli olsalar da ayrı yaşayırlar:
"Amerikada olmamışam. Bir ildir viza gözləyirəm. O da hələ ki, gələ bilmir. Çünki film sahəsi asan deyil, iş çoxdur. Bu, bizim şəxsi həyatımızdır. Kris ən qısa zamanda bizim adətlərlə tanış olmaq, kabab və plovu dadmaq istəyir. Ən əsası isə, qusarlı "Kənd həyatı" kanalını aparan nənə ilə tanış olmaq istəyir. Hər gün ona baxır. Yaxın zamanda Azərbaycana gələcək. Bu il bizim üçün çətin oldu. Evli olaraq birlikdə yanbayan olmamaq çox çətindir. Amma bunun da öhdəsindən birlikdə ailələrimizin və dostlarımızın köməyi ilə gələcəyik. Bakıda doğulmuşam və burada yaşayıram. Hələ də Bakıdayam. Viza almaq prosesində də burada qalıram".
Musiqiçi Kristoferin məşhur aktyorun oğlu olduğunu uzun illər bilmədiyini deyib:
"Bilmirdim kimin oğludur. Demirdi və heç yerdə göstərmirdi. İllər sonra bilmişəm".
Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına oturub.
Həyat tərzi
Rusiyanın Mark Zukerberqi Pavel Durov kimdir? – MARAQLI FAKTLAR

Rusiyanın Mark Zukerberqi Pavel...

Həyat tərzi
Yuxu nədir, insan niyə yuxu görür? — BU GÜNƏ QƏDƏR BİLMƏDİYİMİZ HƏQİQƏTLƏR

Yuxu nədir, insan niyə yuxu görür?...

Həyat tərzi
Banunun anasının şəkilləri ortaya çıxdı

Banunun anasının şəkilləri ortaya...

Həyat tərzi
Evin sonbeşiyi, 7 nəvənin nənəsi – Fransanın yeni birinci xanımı

Evin sonbeşiyi, 7 nəvənin nənəsi –...

Həyat tərzi
Azərbaycanda bu universitet 6 günlük dərs proqramına keçir? - AÇIQLAMA

Azərbaycanda bu universitet 6...

Həyat tərzi
Son dəfə bu mahnını oxuyub

Son dəfə bu mahnını oxuyub...

Комментарии (0)