11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Həmcinsi ilə videosu yayılan kişinin keçmiş arvadı danışdı: O videodan sonra...

Həmcinsi ilə videosu yayılan kişinin keçmiş arvadı danışdı: O videodan sonra...

"Bir ildən artıqdır rəsmi şəkildə boşansaq da, uşaqları mənə vermirdilər, 5 aydan çox idi ki, övladlarımın üzünü görmürdüm”.


Qalanews xəbər verir ki, bu sözləri "Qafqazinfo”ya açıqlamasında bir neçə gün əvvəl həmcinsi ilə birlikdə videosu yayılan şəxsin keçmiş həyat yoldaşı S.Ağayeva (şərti) deyib.


Rayonlardan birində yaşayan qadın əlavə edib ki, görüntülərin sosial şəbəkələrdə, xüsusilə vatsapda kütləvi yayılmasından sonra övladlarını yaşadığı evə gətirə bilib: "Bu görüntülərin yayılması hər birimiz üçün böyük zərbədir. Həmin video 1 ildən çox olar ki, çəkilib və məhkəməyə, eləcə də digər hüquq-mühafizə orqanlarına təqdim etmişəm. Lakin görüntüləri birmənalı olaraq deyə bilərəm ki, mən yaymamışam və belə olmasını da istəməzdim.


Uşaqlarımın taleyinə gəlincə, video yayılandan sonra məktəbin qarşısına gedib övladlarımı evə gətirdim. Halbuki neçə ay idi rəsmi şəkildə məhkəmə qətnaməsi olsa da, yəni hər iki uşaq mənim himayəmə verilsə də, ataları övladlarımı mənə vermirdi. Keçmiş qayınanam hər dəfə məktəbin qarşısında dava salıb uşaqları özü ilə aparırdı”.


S.Ağayeva əlavə edib ki, övladlarının ona verilməsi ilə bağlı məhkəmə qərarının icra edilməməsinə görə apellyasiya şikayəti verib:


"Apellyasiya şikayətində 2014 və 2016-cı il təvəllüdlü uşaqların mənə verilməsinə dair qətnamə olsa da, bunun icra edilmədiyini bildirmişəm. Həmçinin keçmiş həyat yoldaşım aylardır uşaqlara görə təyin edilmiş alimenti ödəmir, səhv etmirəmsə 1200 manata yaxın aliment borcu yığılıb”.


Qeyd edək ki, qadının bir il əvvəl çəkdiyi video məhkəmədə sübut kimi dəyərləndirilib.


Videodakı şəxsin isə yaşadığı bölgədə müğənnilik və falçılıq etdiyi deyilir.
Həyat tərzi
Rusiyanın Mark Zukerberqi Pavel Durov kimdir? – MARAQLI FAKTLAR

Rusiyanın Mark Zukerberqi Pavel...

Həyat tərzi
Yuxu nədir, insan niyə yuxu görür? — BU GÜNƏ QƏDƏR BİLMƏDİYİMİZ HƏQİQƏTLƏR

Yuxu nədir, insan niyə yuxu görür?...

Həyat tərzi
Banunun anasının şəkilləri ortaya çıxdı

Banunun anasının şəkilləri ortaya...

Həyat tərzi
Evin sonbeşiyi, 7 nəvənin nənəsi – Fransanın yeni birinci xanımı

Evin sonbeşiyi, 7 nəvənin nənəsi –...

Həyat tərzi
Azərbaycanda bu universitet 6 günlük dərs proqramına keçir? - AÇIQLAMA

Azərbaycanda bu universitet 6...

Həyat tərzi
Son dəfə bu mahnını oxuyub

Son dəfə bu mahnını oxuyub...

Комментарии (0)