11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Böyük Britaniyanın yeni kralı kimdir? - VİDEO

Böyük Britaniyanın yeni kralı kimdir? - VİDEO
Böyük Britaniya kraliçası II Elizabet vəfat etdikdən sonra onun böyük oğlu şahzadə Çarlz Britaniya taxtının yeni sahibi oldu. O, bütün həyatı boyu bu taxt-tac üçün hazırlaşdırılıb desək, yanılmarıq. Nəhayət, Çarlzın 73 yaşında həmin an gəlib çatdı. Britaniya taxtına oturan ən yaşlı insan olaraq o, anası kraliça II Elizabetin ölümündən sonra, cümə axşamı kral III Çarlz adı ilə hakimiyyətə keçdi.


Bəs Britaniya krallığının yeni sahibi kimdir?


Şahzadə Çarlz – tam adı ilə desək, Çarlz Filip Artur Corc 1948-ci il, noyabrın 14-də Bukingem sarayında dünyaya gəlib. 1952-ci ildə anası taxta çıxanda üç yaşlı şahzadə Kornuol hersoqu olur. 20 yaşında isə o, artıq Uels şahzadəsi idi.


Çarlzın məktəb illəri heç də xoş keçməyib. Hökmranlıq edən, açıq hava festivallarının keçirilməsi ilə öyünən atası, təhsil aldığı Şotlandiya internat məktəbi və digər oxşar məsələlər onun gələcək həyatına mühüm təsir edib. Utancaq bir oğlan olan Çarlz zamanla təvazökar insana çevrilir. Fikirlərini açıq şəkildə müzakirə etməkdən imtina edən anasından fərqli olaraq, Çarlz iqlim dəyişikliyi, yaşıl enerji və alternativ tibb kimi özünə yaxın mövzularda çıxışlar edib, məqalələr yazır. O, Kembric Universitetinin Triniti kollecində təhsil alaraq, universitet bitirən ilk Britaniya kralıdır. Daha sonra helikopter idarə etməyi öyrəndiyi Kral Hava Qüvvələrinin pilotu kimi təhsilini davam etdirir.


Çarlz 1981-ci ildə Britaniyada zadəgan ailəsinin üzvü olan Diana Spenserlə evlənir. Bu evlilikdən şahzadə Uilyam və şahzadə Harri dünyaya gəlir. Lakin Çarlz Kamilla Parker Boulza aşiq olur. 1996-cı ildə Kamilla Parkerlə olan münasibətlərinə görə Diana Çarlzdan boşanır. Şahzadə 2005-ci ildə Kamilla Parkerlə evlənir. Bütün bunlar isə Britaniya ictimaiyyətində birmənalı qarşılanmır. Çünki köklü zadəgan ailələrində boşanmalar həm də siyasi həyata ciddi təsir göstərən amil hesab olunur. Elə Dianadan ayrıldığına görə də bir çoxları Çarlzın taxt-taca layiq olmadığını düşünürlər.


Uşaq yaşlarından kral olmaq üçün yetişdirilən Çarlz Britaniya monarxiyasının modernləşdirilməsini təcəssüm etdirir. Onun təbəələri tərəfindən sevilib-sevilməyəcəyi sualı isə bütün həyatını kölgədə qoyur. Çarlzın taxta çıxması, çox güman ki, bəziləri tərəfindən milli birliyin simvolu olaraq dəyərləndiriləcək.


Böyük Britaniya və Avstraliya, Kanada, Yeni Zelandiya və Papua-Yeni Qvineya da daxil olmaqla 14 ölkənin kralı olacaq Çarlz hər zaman atdığı addımların arxasında durmağı bacarıb. 2018-ci ildə çəkilmiş "Şahzadə, Oğul və Varis: 70 yaşında Çarlz" adlı sənədli filmdə: "Mən hər zaman müdaxilənin nə olduğu ilə maraqlanıram, həmişə bunun motivasiya olduğunu düşünürdüm", - deyir. Çarlz həm də filmdə etiraf edir ki, kral kimi danışa və ya siyasətə qarışa bilməyəcək, çünki bu, Uels şahzadəsi olmaqdan fərqlidir. O, yazdığı məqalələrin birində hakimiyyətə gəldiyi andan kral ailəsinin üzvlərinin sayını, xərcləri azaltmaq və müasir Britaniyanı daha yaxşı təmsil etmək niyyətində olduğunu bildirib.


Anasının uzunmüddətli hakimiyyətindən, kəskin və sərt qərarlarından sonra Çarlz Filip Artur Corcun necə kral olacağı böyük maraqla gözlənilir.


Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Həyat tərzi
Rusiyanın Mark Zukerberqi Pavel Durov kimdir? – MARAQLI FAKTLAR

Rusiyanın Mark Zukerberqi Pavel...

Həyat tərzi
Yuxu nədir, insan niyə yuxu görür? — BU GÜNƏ QƏDƏR BİLMƏDİYİMİZ HƏQİQƏTLƏR

Yuxu nədir, insan niyə yuxu görür?...

Həyat tərzi
Banunun anasının şəkilləri ortaya çıxdı

Banunun anasının şəkilləri ortaya...

Həyat tərzi
Evin sonbeşiyi, 7 nəvənin nənəsi – Fransanın yeni birinci xanımı

Evin sonbeşiyi, 7 nəvənin nənəsi –...

Həyat tərzi
Azərbaycanda bu universitet 6 günlük dərs proqramına keçir? - AÇIQLAMA

Azərbaycanda bu universitet 6...

Həyat tərzi
Son dəfə bu mahnını oxuyub

Son dəfə bu mahnını oxuyub...

Комментарии (0)