11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Bakıda tikilən bina “2016-cı ilin ən yaxşı ofis binası” elan olundu

Bakıda tikilən bina “2016-cı ilin ən yaxşı ofis binası” elan olundu
Bakıda tikilən bina “2016-cı ilin ən yaxşı ofis binası” elan olundu


İnşaat sahəsində böyük beynəlxalq nüfuza malik "Engineering News Record” jurnalı (ENR) 2016-cı il üçün "Ən yaxşı qlobal layihələr” müsabiqəsinin qaliblərini elan edib.

Azərbyacan Dövlət Neft Şirkətindən (SOCAR) May.Az-a verilən məlumata görə, müsabiqəyə "Thornton Tomasetti” şirkəti tərəfindən təqdim edilən SOCAR Tower "Ofis binası” nominasiyasında qalib gəlib.

Qeyd olunub ki, ENR jurnalının təşkil etdiyi müsabiqənin əsas məqsədi dizayn və tikinti sahəsində həyata keçirilən ən görkəmli layihələri müəyyənləşdirmək və onların arxasında duran komandaları mükafatlandırmaqdır: "Dünya miqyasında tanınmış ekspertlərdən ibarət münsiflər heyəti 15 ölkədən 23 layihə seçib, onları təhlükəsizlik, innovasiya, dizayn və inşaat üstünlükləri parametrləri üzrə təhlil edib, müxtəlif yönümlü qlobal layihə komandalarının əməkdaşlığına xüsusi diqqət yetirib. Müsabiqəyə hava limanları, körpü və tunellər, inzibati binalar, mədəniyyət, təhsil, səhiyyə, hərbi, sənaye əhəmiyyətli tikililər, idman və su qurğuları və digər obyektlər təqdim olunub. Münsiflər heyəti tərəfindən layihələri həyata keçirən şirkətlərin çətinliklərin öhdəsindən necə gəlməsi, tikililərin yerli ictimaiyyət və ya tikinti sənayesi üçün əhəmiyyəti də nəzərə alınıb".

Müsabiqənin qalibləri haqqında ətraflı məlumat ENR jurnalının 19 sentyabr buraxılışında dərc ediləcək. Qaliblərə mükafatlar oktyabrın 11-də Nyu-Yorkda New York Hilton Midtown otelində keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq.

Xatırladaq ki, SOCAR-ın yeni inzabati binası - SOCAR Tower Koreya Respublikasının "Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan "Külək-alov” konsepsiyası əsasında tikilib. Tikinti işləri 2010-cu ildə başlanılıb, təxminən beş il ərzində paytaxtın ən gözəl memarlıq nümunələrindən biri ərsəyə gəlib. SOCAR Tower beynəlxalq standartlara tam cavab verir, binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir.
Həyat tərzi
Rusiyanın Mark Zukerberqi Pavel Durov kimdir? – MARAQLI FAKTLAR

Rusiyanın Mark Zukerberqi Pavel...

Həyat tərzi
Yuxu nədir, insan niyə yuxu görür? — BU GÜNƏ QƏDƏR BİLMƏDİYİMİZ HƏQİQƏTLƏR

Yuxu nədir, insan niyə yuxu görür?...

Həyat tərzi
Banunun anasının şəkilləri ortaya çıxdı

Banunun anasının şəkilləri ortaya...

Həyat tərzi
Evin sonbeşiyi, 7 nəvənin nənəsi – Fransanın yeni birinci xanımı

Evin sonbeşiyi, 7 nəvənin nənəsi –...

Həyat tərzi
Azərbaycanda bu universitet 6 günlük dərs proqramına keçir? - AÇIQLAMA

Azərbaycanda bu universitet 6...

Həyat tərzi
Son dəfə bu mahnını oxuyub

Son dəfə bu mahnını oxuyub...

Комментарии (0)