11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Uşaqlar hansı yaşda hansı idmanla məşğul olmalıdırlar?

Uşaqlar hansı yaşda hansı idmanla məşğul olmalıdırlar?
Uşaqlar hansı yaşda hansı idmanla məşğul olmalıdırlar?


Müasir dövrün şərtləri və iş rejiminin təsirindən yeni nəsil daha çox oturaq həyat tərzi keçirməkdədir. Hərəkətsiz yaşam tərzinin insanların kökəlməsi, artıq çəki problemi ilə nəticələndiyinə dair həkimlərin xəbərdarlıqlarına tez-tez rast gəlirik. Bu səbəbdən valideynlər uşaqlarının çox erkən yaşda idmanla məşğul olmasını istəyirlər.

Bəs, ilk olaraq hansı idmandan başlamaq lazımdır? Uşaqlara hansı idman növü ilə məşğul olmaq məsləhət görülmür? Hansı idman növləri uşaqlar üçün daha uyğundur? Uşaqlar üçün idman növü seçəndə nələrə diqqət edilməlidir?

MAY.AZ xəbər verir ki, bu sualları e-tibb.az-a cavablandıran fizioterapevt Sənan Cəfərov bildirir ki, idmanla məşğul olmaq əzələləri tonuslandırır, əzələlər daha çox elastik və möhkəm olur: “Fiziki hazırlıq almış oynaqlar yüksək amplitudalı hərəkətlər edə bilir. İdmanla məşğul olmaq omba, dizlər və xüsusilə onurğa səviyyəsindəki ağrıların qarşısının alınmasına imkan verir. Daimi fəal hərəkət isə ideal çəkiyə çatmağa və onu saxlamağa kömək edir. Yaşa və fiziki sağlamlığa uyğun idman növünü seçmək çox vacibdir”.

Uşaqların idman yaşına gəldikdə, fizioterapevt deyir ki, valideynlər övladları üçün idman növü seçərkən diqqətli olmalıdırlar: “Bizə müraciətlər zamanı idman növünü seçərkən ciddi xətalara yol verildiyinin şahidi oluruq. Valideynlər bilməlidirlər ki, 0-4 yaşına qədər istənilən uşaq üçün ən gözəl, ən məsləhət görülən idman növü üzgüçülükdür. 4 yaşdan əvvəl istənilən idman növü uşağa zərər verəcək. Üzmə sümük problemlərində təsirlidir. Əzələ və oynaq problemi olanlar, fiziki və fizioloji fəaliyyət olaraq üzmədən rahatlıqla faydalana bilər. Eyni zamanda, üzmək elastikliyi artırır. Suyun içində sümüklər və oynaqlar daha da rahatlayır. Bunun sayəsində üzənlər elastiklik qazanır və bədən üzvlərini daha geniş bucaqlarda rahatlıqla aça bilirlər. Üzmək ürək sağlamlığına da kömək edir”.
Mütəxəssisin sözlərinə görə, 5-8 yaş arasında olan uşaqlar üçün stolüstü tennis tövsiyə olunur: “8-12 yaş arasında olan uşaqlar isə futbol, voleybol və basketbol kimi idman növləri ilə məşğul ola bilərlər. Döyüş növləri hesab edilən - güləş və boksla məşğul olmaq istəyənlər üçün ən ideal yaş 12-14 yaş aralığıdır. Əgər məsləhətlər nəzərə alınsa, uşaqlar həm sağlam, həm də yaşlarına uyğun inkişaf etmiş olacaqlar. Bəzən valideynlər övladlarını daha erkən, 7-8 yaşında güləş, yaxud boksla məşğul olmasını istəyir. Bu məsələdə valideyn istəyi yox, tibbi göstəriş nəzərə alınmalıdır. Valideynlər başa düşməlidirlər ki, daha erkən yaşda, vaxtından əvvəl döyüş idman növləri ilə məşğul olan uşaqlar kəllə-beyin travmaları alırlar. Oynaqlar daha yaxşı formalaşmadığı, ora daha çox yük düşdüyü üçün uşağın gələcəyində, sağlamlığında problemlər yaranır”.

S. Cəfərov yaşlı insanların da idman seçimi ilə bağlı fikirlərini bölüşüb. O qeyd edib ki, yaşlı insanlar da idman seçimində diqqətli olmalıdırlar: “Çünki 65 yaşa qədər və daha yaşlı insanlarda əzələnin inkişafı əvvəlki səviyyədə olmur, bütün ağırlıq sümüklərin üzərinə düşür. Ağır atletika, yaşına və bədən strukturuna uyğun olmayan idman növləri bu yaşdakı insanlar üçün məsləhət deyil. 45 yaşdan yuxarı insanlar üçün də ən ideal idman növü üzgüçülükdür. Digər idman növləri zərərli olacaq”.
Həyat tərzi
Rusiyanın Mark Zukerberqi Pavel Durov kimdir? – MARAQLI FAKTLAR

Rusiyanın Mark Zukerberqi Pavel...

Həyat tərzi
Yuxu nədir, insan niyə yuxu görür? — BU GÜNƏ QƏDƏR BİLMƏDİYİMİZ HƏQİQƏTLƏR

Yuxu nədir, insan niyə yuxu görür?...

Həyat tərzi
Banunun anasının şəkilləri ortaya çıxdı

Banunun anasının şəkilləri ortaya...

Həyat tərzi
Evin sonbeşiyi, 7 nəvənin nənəsi – Fransanın yeni birinci xanımı

Evin sonbeşiyi, 7 nəvənin nənəsi –...

Həyat tərzi
Azərbaycanda bu universitet 6 günlük dərs proqramına keçir? - AÇIQLAMA

Azərbaycanda bu universitet 6...

Həyat tərzi
Son dəfə bu mahnını oxuyub

Son dəfə bu mahnını oxuyub...

Комментарии (0)