11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Rusiyalı müfti: "Ölkədə bütün qadınları sünnət etmək lazımdır"

Rusiyalı müfti: "Ölkədə bütün qadınları sünnət etmək lazımdır"
Rusiyalı müfti: "Ölkədə bütün qadınları sünnət etmək lazımdır"


Rusiya prezidenti yanında Dini İcmalarla Qarşılıqlı Fəaliyyət Şurasının üzvü, Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Şurasının sədri, Qaraçay-Çərkəsin müftisi İsmayıl Berdiyev Dağıstandakı ucqar kəndlərdə qadınların sünnət olunmasını "qadın sağlamlığı üçün təhlükəsiz ayin" adlandırıb.

Milli.Az bildirir ki, o, "Qovorit Moskva" radiostansiyasına verdiyi müsahibəsində belə deyib.

Bu gün isə İ.Berdiyev İnterfaks-a açıqlamasında söyləyib: "Ölkədə bütün qadınları sünnət etmək gərəkdir. Bütün dünyada belə etmək lazımdır ki, əxlaqsızlıq olmasın, seksuallıq və şəhvət azalsın. İslam qanunlarına görə, Allah qadını dünyaya övlad gətirmək və uşaqlarını tərbiyə etmək üçün yaradıb. Sünnət qadının bu vəzifələrinə əsla təsir etmir. Sünnət qadınların doğuşlarına da mane olmur. Sünnət qadında şəhvəti azaldır".

Avqustun 15-də Rusiyadakı "Hüquqi təşəbbüs" hüquq-müdafiə birliyi hesabat yayaraq Dağıstandakı ucqar kəndlərdə qızların sünnət olunduğunu bildirib.
"Belə əməliyyatlar kustar, antisanitar şəraitdə aparılır. Bir qayda olaraq qızlar 3 yaşına çatmamış sünnət olunurlar. Dağıstanda deyirlər ki, bu "əməliyyat"ın məqsədi qadınların əxlaqsız davranışlarının qarşısını almaqdır", - hesabatda deyilir.
İ.Berdiyevin bu açıqlamaları Rusiyada qalmaqal yaradıb və o, sözlərindən imtina edib.

Dni.ru-ya bu gün verdiyi açıqlamasında o, söyləyib: "Mən elə deməmişəm və bütün qadınları sünnət etməyə çağırmıram. İslamda bu şərt yoxdur və ümumiyyətlə, bütün qadınları sünnət etmək mümkün də deyil. Mən əxlaqsızlıq problemindən danışmışam və bu problemi həll etmək gərəkdir".
Həyat tərzi
20+ фото, которые больше похожи на фейк, но они настоящие

20+ фото, которые больше похожи на...

Həyat tərzi
Zirəddin Rzayevdən 2017-ci il üçün MÜDHİŞ PROQNOZ - “Matəm elan olunacaq və…”

Zirəddin Rzayevdən 2017-ci il üçün...

Həyat tərzi
Uşaqlar hansı yaşda hansı idmanla məşğul olmalıdırlar?

Uşaqlar hansı yaşda hansı idmanla...

Həyat tərzi
Zaur oğlu olsa ona bu adı vermək istəyir

Zaur oğlu olsa ona bu adı vermək...

Həyat tərzi
"40 gün efirlərə çıxmadım"- Əməkdar artist AĞIR İTKİSİNDƏN danışdı - AÇIQLAMA

"40 gün efirlərə çıxmadım"- Əməkdar...

Həyat tərzi
"Rəşadı tanımağa dəyər..." - Vəkili Rəşad Dağlıdan yazdı

"Rəşadı tanımağa dəyər..." - Vəkili...

Комментарии (0)