11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

İraqdan gələn turistlərlə bağlı narazılıq var

İraqdan gələn turistlərlə bağlı narazılıq var
İraqdan gələn turistlərlə bağlı narazılıq var


Azərbaycana ərəb ölkələrindən gələn turistlərlə bağlı əsas problem İraqdan göndərilən turistlərlə bağlıdır.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, həmin problemin əsas səbəbi İraq turistlərinin Azərbaycana turizm şirkətlərinin xətti olmadan, təşkil olunmamış, nizam-intizamsız halda gəlməsindədir.

M.Ağakərimov qeyd edib ki, belə səfərləri təşkil edən İraqdakı bəzi işbazlar öz ölkələrindən Azərbaycana turist göndərmək üçün birbaşa hotellərlə əlaqə yaradırlar. Bu isə nizam-intizamsızlığa gətirib çıxarır, Azərbaycana gəldikdən sonra onlarla bağlı bəzi problemlərin yaranmasına səbəb olur.

M.Ağakərimovun sözlərinə görə, İraq turistləri Azərbaycana fərdi halda deyil, qrup halında gəlir və hotellərə də qrup halında daxil olurlar:

"Hansısa işbaz onların Azərbaycana gəlməsini təşkil edir, amma bu prosesi sona çatdırmır, onları hotelə yerləşdirdikdən sonra başlı-başına buraxırlar. Beynəlxalq Turizm Kodeksinə uyğun olaraq, turistlərə başa salınmalıdır ki, getdiyi ölkənin qanunlarına riayət etsinlər. Bunun üçün də turistlər təşkil olunmuş halda gəlməlidirlər. Ancaq İraqdan turist göndərən işbazlar gəlir qazanmaq üçün hotellərlə birbaşa iş görürlər, sadalanan məqamları isə yaddan çıxarırlar. Ona görə də pərakəndəlik, nizam-intizamsızlıq olur”.

Bu məsələ ilə bağlı AzTA tərəfindən kiçik bir araşdırma da aparıldığını deyən M.Ağakərimov hesab edir ki, müvafiq dövlət orqanları bu məsələ ilə bağlı məşğul olmalı və belə vəziyyətin nə üçün yarandığını, onların hansı səbəbdən ölkəmizə nizam-intizamsız, qeyri-mütəşəkkil formada gəldiklərini araşdırmalıdırlar: "Azərbaycana Rusiyadan, Yaponiyadan, Koreyadan da çoxlu turistlər gəlir. Amma niyə görə onlarla bağlı belə hallar olmur?! Çünki onlar Azərbaycanın turizm şirkətinin xətti ilə müqavilə əsasında gəlirlər. Şirkətlər həmin turistləri qarşılayır, onlar üçün proqramlar, ekskursiyalar təşkil edir, istəklərini yerinə yetirirlər. Turistlər hətta suvenir almağa getmək istədikdə belə, şirkət onları yığcam, təşkil olunmuş halda aparır. Turistlərə izah olunur ki, bu ölkədə qayda-qanuna, sanitar-gigiyenik normalara riayət etmək lazımdır. Problemlər turistlərin göndərildiyi ölkədə bu səfərlərin necə təşkil olunmasından qaynaqlanır. İraqdakı işbazların turizm fəaliyyəti isə küçə bazarına oxşayır. Biz istəyirik ki, Azərbaycana daha çox turist gəlsin, amma yaxşı olardı ki, səfərlər qayda-qanun çərçivəsində tənzimlənsin”.

M.Ağakərimov həmçinin vurğulayıb ki, İraqdan gələn turistlər Azərbaycanın turizm şirkətlərinin xətti ilə ölkəmizə gəlməlidirlər: "Çünki bu halda turistlərin səfərləri daha intizamlı formada təşkil olunar, dövlət büdcəsinə də əlavə gəlir gələr".
Həyat tərzi
20+ фото, которые больше похожи на фейк, но они настоящие

20+ фото, которые больше похожи на...

Həyat tərzi
Zirəddin Rzayevdən 2017-ci il üçün MÜDHİŞ PROQNOZ - “Matəm elan olunacaq və…”

Zirəddin Rzayevdən 2017-ci il üçün...

Həyat tərzi
Uşaqlar hansı yaşda hansı idmanla məşğul olmalıdırlar?

Uşaqlar hansı yaşda hansı idmanla...

Həyat tərzi
Zaur oğlu olsa ona bu adı vermək istəyir

Zaur oğlu olsa ona bu adı vermək...

Həyat tərzi
"40 gün efirlərə çıxmadım"- Əməkdar artist AĞIR İTKİSİNDƏN danışdı - AÇIQLAMA

"40 gün efirlərə çıxmadım"- Əməkdar...

Həyat tərzi
"Rəşadı tanımağa dəyər..." - Vəkili Rəşad Dağlıdan yazdı

"Rəşadı tanımağa dəyər..." - Vəkili...

Комментарии (0)