09:06 Prezident İlham Əliyev Zəfər parkında olub   ///     07:06 Vətən müharibəsinin 4-cü ildönümü: Xalqımız şəhidlərin xatirəsini anır   ///     13:37 İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxış edib   ///     10:59 Marketdən alınan çörək alıcını şoka saldı: AQTA hərəkətə keçdi   ///     06:53 Bərdədə ata azyaşlı qızına zorakılıq göstərib? - DİN araşdırma aparır   ///     13:57 Ərdoğan Paşinyanı sevindirdi - Türk Evindən Ermənistana və Qərbə verilən mesaj   ///     10:33 Karantin rejiminin müddəti uzadıldı   ///     09:44 Qrip və KRVİ arasındakı fərq nədir? - Həkimdən   ///     10:16 Mehriban Əliyeva ailə üzvləri ilə ağacəkmə aksiyasında   ///     07:23 Tələbənin geyiminə fikir bildirən universitet müəllimi söhbətə çağırıldı   ///    

39 yaşında SOCAR-ı idarə edəcək olan Rövşən Nəcəf kimdir? - DOSYESİ

39 yaşında SOCAR-ı idarə edəcək olan Rövşən Nəcəf kimdir? - DOSYESİ
Xəbər verdiyimiz kimi, Rövşən Nəcəf Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib, SOCAR-ın prezidenti vəzifəsinin icrası ona tapşırılıb.
AZXEBER.COM 39 yaşlı Rövşən Nəcəfin dosyesini təqdim edir:
R.Nəcəf 1982-ci ildə Bakıda anadan olub.
1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub, 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura proqramını fərqlənmə ilə bitirib.
2007-2008-ci illərdə Dövlət Neft Şirkətinin (SOCAR) təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecment və Siyasəti üzrə magistr proqramını uğurla bitirib.
Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində başlayıb.
2003-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və Beynəlxalq İqtisadi Əməkdaşlıq departamentinin İnvestisiya Siyasəti şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifəsində çalışıb.
2008-2009-cu illərdə SOCAR-ın Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib.
2009-2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri və İqtisadi İnkişaf Nazirinin köməkçisi olub.
2010-2018-ci illərdə "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışıb.
Ölkə prezidentinin 2018-ci il 11 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib.
Ölkə prezidentinin 2019-cu il 28 avqust tarixli Sərəncamı ilə Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri, 2020-ci il 11 fevral tarixli Sərəncamı ilə İqtisadiyyat nazirinin müavini təyin edilib. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.
3-cü dərəcəli dövlət müşaviridir.
Evlidir, 2 övladı var.
Xeberler
Cəbhədə atəşkəs pozuldu: Snayperlər işə düşdü

Cəbhədə atəşkəs pozuldu: Snayperlər...

Xeberler
Nazirlikdən ərəb ovçularla bağlı açıqlama (RƏSMİ)

Nazirlikdən ərəb ovçularla bağlı...

Xeberler
AZAL yeni qiymətləri açıqladı (QİYMƏT CƏDVƏLİ)

AZAL yeni qiymətləri açıqladı...

Xeberler
Azərbaycanın ilk tarixi serialı çəkilir

Azərbaycanın ilk tarixi serialı...

Xeberler
Metronun fəaliyyətinin BU TARİXƏDƏK uzadıldı

Metronun fəaliyyətinin BU TARİXƏDƏK...

Xeberler
Azərbaycanda bacı-qardaşın FACİƏVİ SONU

Azərbaycanda bacı-qardaşın FACİƏVİ...

Комментарии (0)