10:33 Karantin rejiminin müddəti uzadıldı   ///     09:44 Qrip və KRVİ arasındakı fərq nədir? - Həkimdən   ///     10:16 Mehriban Əliyeva ailə üzvləri ilə ağacəkmə aksiyasında   ///     07:23 Tələbənin geyiminə fikir bildirən universitet müəllimi söhbətə çağırıldı   ///     11:12 İlham Əliyev quru sərhədlərimizin bağlı olmasından DANIŞDI   ///     09:48 İlham Əliyev Səudiyyə Ərəbistanı kralını təbrik etdi   ///     09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///    

Qrip və KRVİ arasındakı fərq nədir? - Həkimdən

Qrip və KRVİ arasındakı fərq nədir? - Həkimdən

"Kəskin respirator virus infeksiyasından (KRVİ) fərqli olaraq, qrip qəflətən başlayır".

Oxu.Az-ın "RİA Novosti"yə istinadla məlumatına görə, bu barədə tanınmış rusiyalı infeksionist Andrey Pozdnyakov danışıb.

O bildirib ki, klassik qrip digər infeksiyalardan kifayət qədər fərqli simptom kompleksinə malikdir.

"Xəstəliyin ilkin mərhələsində insan xəstəliyin başlama vaxtını saatına qədər dəqiqliklə göstərə bilər. Simptomlar arasında yüksək hərarət, intoksikasiya, həmçinin baş, əzələ və oynaq ağrıları var", - deyə həkim izah edib.

İnfeksionist vurğulayıb ki, tənəffüs yolları tərəfindən simptomlar daha sonra özünü göstərir.

"Öskürək qripin inkişafının başlanğıcından 2-3 gün sonra meydana çıxır. Əvvəlcə öskürək sadə olur, sonra isə tezləşir", - deyə o əlavə edib.

Pozdnyakov qripin fəsadlarını erkən və gec olmaqla iki yerə bölündüyünü bildirib.

"Erkən fəsadlar arasında ağciyərlərin zədələnməsini, ilkin qrip pnevmoniyasını, intoksikasiya, həmçinin mərkəzi sinir sisteminin zədələnmələrinin mümkün inkişafını qeyd etmək olar. Gec fəsadlara tənəffüs yollarında olan bakterial fəsadlar - sinusit, tonzillit, faringit aid edilir. Bundan əlavə, qripdən sonra xəstədə qeyri-sabit hərarət, yorğunluq və tərləmə müşahidə oluna bilər", - deyə mütəxəssis qeyd edib.

Həkim bildirib ki, qripin inkişafının ilkin mərhələlərində fəsadların qarşısını almaq üçün xüsusi antivirus terapiyası tətbiq etmək olar, ancaq antibiotiklərin qəbulu yalnız həkimin tövsiyəsi ilə həyata keçirilməlidir.


Xeberler
Bərdə terrorunda övladı həlak olan ana FƏRYAD ETDİ - VİDEO

Bərdə terrorunda övladı həlak olan...

Xeberler
Səfirliyin atəşə tutulması ilə bağlı bir nəfər HƏBS OLUNDU

Səfirliyin atəşə tutulması ilə...

Xeberler
Putin: "Ukraynanın nüvə silahına sahib olmasına imkan verməyəcəyik"

Putin: "Ukraynanın nüvə silahına...

Xeberler / Hava
Sabah 23 dərəcə isti olacaq

Sabah 23 dərəcə isti olacaq...

Xeberler
Böyükkişiyevlə bağlı daha bir fakt üzə çıxdı: Hadisədən əvvəl... - RƏSMİ

Böyükkişiyevlə bağlı daha bir fakt...

Xeberler
Lənkəranskinin yanındakı sürücü Azərbaycana zəng etdi: Milli Məclisə müraciət edəcəm

Lənkəranskinin yanındakı sürücü...

Комментарии (0)