09:06 Prezident İlham Əliyev Zəfər parkında olub   ///     07:06 Vətən müharibəsinin 4-cü ildönümü: Xalqımız şəhidlərin xatirəsini anır   ///     13:37 İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxış edib   ///     10:59 Marketdən alınan çörək alıcını şoka saldı: AQTA hərəkətə keçdi   ///     06:53 Bərdədə ata azyaşlı qızına zorakılıq göstərib? - DİN araşdırma aparır   ///     13:57 Ərdoğan Paşinyanı sevindirdi - Türk Evindən Ermənistana və Qərbə verilən mesaj   ///     10:33 Karantin rejiminin müddəti uzadıldı   ///     09:44 Qrip və KRVİ arasındakı fərq nədir? - Həkimdən   ///     10:16 Mehriban Əliyeva ailə üzvləri ilə ağacəkmə aksiyasında   ///     07:23 Tələbənin geyiminə fikir bildirən universitet müəllimi söhbətə çağırıldı   ///    

Odessada ölən azərbaycanlıların nəşi ölkəmizə gətirilmir: "Ailənin maddi imkanı çatmır"

Odessada ölən azərbaycanlıların nəşi ölkəmizə gətirilmir: "Ailənin maddi imkanı çatmır"
Ukraynanın Odessa şəhərində həlak olan dörd azərbaycanlının cənazəsinin ölkəmizə gətirilməsi hələ də mümkün olmayıb. Əslən Kəlbəcər rayonundan olan soydaşlarımızın meyitləri hazırda Moldovada morqda saxlanılır.
Kəlbəcər rayon İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov Modern.az-a bildirib ki, cənazələrin gətirilməməsi sənəd problemi ilə əlaqədardır.
"Meyitlər Azərbaycana gətirilməli idi, ancaq sənəd işlərində hələ də problem var. Cənazələrin gətirilməsi üçün böyük məbləğdə pul lazımdır. Ailələrin buna gücü çatmır. Dövlət tərəfindən onlara dəstək verilməsini gözləyirlər", - deyə A.Məmmədov vurğulayıb.
Xatırladaq ki, fevralın 27-də Odessa ərazisində diversiya qrupu əslən Kəlbəcərdən olan soydaşlarımızı daşıyan avtomobilləri atəşə tutub. Hadisə nəticəsində 4 nəfər həyatını itirib, üç nəfər isə yaralanıb.
Həlak olan şəxslər İsmayılov Rəhim Əli oğlu, İsmayılov Qabil Rəhim oğlu, İsmayılov Nemət Əli oğlu və Salmanov Camal Mirzənəsir oğlu, yaralılar isə İsmayılov Süleyman Nemət oğlu, Tağıyev Tacir Rövşən oğlu və Tağıyev Niyazi Rövşən oğludur.
Vəfat edənlərdən ikisi - Rəhim və Nemət İsmayılovlar qardaşdır. Qabil isə Rəhim İsmayılovun oğludur. Onlar əslən Kəlbəcərin Təkəqaya kəndindəndirlər.
Xeberler
"Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır"

"Azərbaycan dünyada mina ilə ən çox...

Xeberler
Dənizdə batan 9 nəfər SON ANDA XİLAS EDİLDİ

Dənizdə batan 9 nəfər SON ANDA...

Xeberler
Mingəçevirdəki partlayışla bağlı prezidentin yanında müşavirə keçirilib

Mingəçevirdəki partlayışla bağlı...

Xeberler
Bərbərxana və gözəllik salonlarında işləyənlərin nəzərinə - 6000 manat cərimə... - VİDEO

Bərbərxana və gözəllik salonlarında...

Xeberler
Sabahın hava proqnozu

Sabahın hava proqnozu...

Xeberler
Abşeron çimərliklərində dəniz suyunun temperaturu açıqlanıb

Abşeron çimərliklərində dəniz...

Комментарии (0)