14:03 Bakıda toylar qadağan olunur - Müğənnilər TƏSDİQLƏDİ   ///     07:45 Bəzi yerlərə leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA   ///     11:41 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ   ///     09:11 Yol polisi yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib   ///     08:44 İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN   ///     08:43 Bəzi yerlərdə şimşək çaxır, arabir leysan yağır - FAKTİKİ HAVA   ///     07:33 Bakıda və Abşeron yarımadasında leysan olacaq - XƏBƏRDARLIQ   ///     12:53 Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb   ///     09:38 Sürücülərin NƏZƏRİNƏ: DYP reydlərə başlayır   ///     09:37 İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib   ///    

Ali məktəbə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ

Ali məktəbə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ
Ali məktəbə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ


Dövlət İmtahan Mərkəzi tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edib. Mərkəzdən BAKU.WS-ə verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə internet vasitəsilə sentyabrın 1-dən 6-dək ixtisas seçimi aparılacaq.

İxtisas seçiminə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2017-ci ildə ərizə təqdim etmiş və ümumi balı 30-dan, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Qeyd edək ki, hər hansı bir təhsil müəssisəsinə qəbul olub qeydiyyatdan keçən şəxslər boş qalan plan yerlərinin ixtisas seçiminə buraxılmırlar.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib onları http://eservices.dim.gov.az/erizebak/ixtisas3 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmır.

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını isə yalnız qabiliyyət imtahanlarından “məqbul” alan və test imtahanında topladıqları ümumi balı 25-dən olmayan abituriyentlər seçə bilərlər. Fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçmək imkanı verilir.
Kolleclərin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.

Jurnalı aşağıdakı ünvanda yerləşən “Abituriyent” satış köşkündən, həmçinin kitab mağazalarından almaq olar:
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
Xeberler
İlham Əliyev: Ermənistan üçün dərs olacaq

İlham Əliyev: Ermənistan üçün dərs...

Xeberler
Aprelin 1-dən nağdsız ödənişə keçilir - Pulumuzu necə alacağıq?

Aprelin 1-dən nağdsız ödənişə...

Xeberler
Balıqçılar 9 il əvvəl müəmmalı şəkildə itmiş nəhəng gəmiyə rast gəldilər

Balıqçılar 9 il əvvəl müəmmalı...

Xeberler
Qaz kartının balansını artırdıqda, qəbzə diqqət edin, çünki... – FOTOLAR

Qaz kartının balansını artırdıqda,...

Xeberler
Bayram günlərində regionlarda hava necə olacaq? - PROQNOZ

Bayram günlərində regionlarda hava...

Xeberler
İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI

İlham Əliyev bu şəxsləri təltif...

Комментарии (0)