14:03 Bakıda toylar qadağan olunur - Müğənnilər TƏSDİQLƏDİ   ///     07:45 Bəzi yerlərə leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA   ///     11:41 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ   ///     09:11 Yol polisi yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib   ///     08:44 İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN   ///     08:43 Bəzi yerlərdə şimşək çaxır, arabir leysan yağır - FAKTİKİ HAVA   ///     07:33 Bakıda və Abşeron yarımadasında leysan olacaq - XƏBƏRDARLIQ   ///     12:53 Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb   ///     09:38 Sürücülərin NƏZƏRİNƏ: DYP reydlərə başlayır   ///     09:37 İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib   ///    

İlham Əliyev: Ermənistan üçün dərs olacaq

İlham Əliyev: Ermənistan üçün dərs olacaq
İlham Əliyev: Ermənistan üçün dərs olacaq


Aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir. Bunu artıq bu məsələ ilə məşğul olan vasitəçilər də dəfələrlə bəyan ediblər. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir.

May.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxunarkən deyib.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq, onlar lazımi nəticələr çıxaracaqlar və danışıqlar prosesində konstruktiv mövqe ilə çıxış edəcəklər. Belə ümidlər var. Çünki son bir-iki ay ərzində danışıqlar prosesində çox böyük fəallıq var.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir”, - deyən Prezident bildirib ki, bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir. Bu münaqişənin həllinin başqa yolları yoxdur. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, status-kvo dəyişdirilməlidir, işğala son qoyulmalıdır. Nəinki BMT, bütün digər təşkilatlar da bizim mövqeyimizi dəstəkləyir.

Prezident İlham Əliyev NATO-nun Zirvə görüşündə qəbul edilmiş yekun sənəddə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı çox ciddi məqamların öz əksini tapdığını diqqətə çatdırıb. Dövlətimizin başçısı əlavə edib ki, Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü tanınır və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır.
Xeberler
Dollar günə bu məzənnə ilə başlayır

Dollar günə bu məzənnə ilə başlayır...

Xeberler
Enerji şəbəkəsinə qoşulma haqqı dəqiqləşdi - VİDEO

Enerji şəbəkəsinə qoşulma haqqı...

Xeberler
Pensiyalarla bağlı əhaliyə ŞAD XƏBƏR

Pensiyalarla bağlı əhaliyə ŞAD XƏBƏR...

Xeberler
20 Yanvar - Tarixin qan yaddaşı

20 Yanvar - Tarixin qan yaddaşı...

Xeberler
Yatmazdan əvvəl telefonda interneti söndürün – SƏBƏB

Yatmazdan əvvəl telefonda interneti...

Xeberler
Pensiya ilə bağlı VACİB QƏRAR: Bu uşaqlara müavinət...

Pensiya ilə bağlı VACİB QƏRAR: Bu...

Комментарии (0)