12:53 Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb   ///     09:38 Sürücülərin NƏZƏRİNƏ: DYP reydlərə başlayır   ///     09:37 İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib   ///     09:06 Prezident İlham Əliyev Zəfər parkında olub   ///     07:06 Vətən müharibəsinin 4-cü ildönümü: Xalqımız şəhidlərin xatirəsini anır   ///     13:37 İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxış edib   ///     10:59 Marketdən alınan çörək alıcını şoka saldı: AQTA hərəkətə keçdi   ///     06:53 Bərdədə ata azyaşlı qızına zorakılıq göstərib? - DİN araşdırma aparır   ///     13:57 Ərdoğan Paşinyanı sevindirdi - Türk Evindən Ermənistana və Qərbə verilən mesaj   ///     10:33 Karantin rejiminin müddəti uzadıldı   ///    

Vaqif Əsədov: “Siqnal verə-verə ailə qururuq”

Vaqif Əsədov: “Siqnal verə-verə ailə qururuq”
Vaqif Əsədov: “Siqnal verə-verə ailə qururuq”


Son vaxtlar avtomobil yollarında piyada vurma faktları ciddi narahatlıq doğurur. Piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 67%-ni təşkil edir.

Bunu BAKU.WS-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib.

Vaqif Əsədovun sözlərinə görə, piyadaların vurulması ilə baş verən hadisələrdə günah çox vaxt piyadalarda olur.

“Sürücülərin 90 faizi piyadalara yol verir. Bu məsələdə problem piyadaların üzərinə düşür. Yol nəqliyyat hadisələrinin 67%-i piyadaların vurulması ilə nəticələnən qəzalardır. Piyadalar hələ də “bilmədim”, “görmədim”, “tələsirəm” deyir. Hər bir hərəkət iştirakçısı özünün təhlükəsizliyini təmin etməlidir”, - deyə Vaqif Əsədov bildirdi.

DYP rəsmisi tövsiyyə edir ki, ölümlə, xəsarət alma ilə nəticələnən avtoqəzaların qarşısını almaq üçün hər bir hərəkət iştirakçısı məsuliyyətli və diqqətli olmalıdır.

“Avropada piyadalar piyada zolağından keçmirsə, 50 avro cərimələnir, bizdə isə 20 manat. İdarə edilən nəqliyyat vasitəsinin arxa oturacağında azyaşlı uşaqlar mütləq xüsusi oturacaqda getməlidir. 12 yaşa qədər olan uşaqlar üçün xüsusi oturacaq yoxdursa, həmin sürücü cərimələnir. Amma bu, bizdə inzibati xəta tərkibi yaratmır. Avropada sürücülər yol polisi onları cərimələyəcək deyə qanuna riayət etmirlər. Onlar yol hərəkətində təhlükəsizliyini təmin edirlər ki, sağlamlıqlarını qorusunlar. Avropalı başa düşür ki, təhlükəsizlik kəmərini taxmırsa, qəza zamanı xəsarət dərəcəsi artacaq. Avropada sürücülər işıqforların tələblərinə uyğun hərəkət edirlər. Avropada sürücülər çox nadir hallarda səs siqnalı verirlər. Amma bizdə bir-birləri ilə səs siqnalı verərək salamlaşırlar, sağollaşırlar. Səs siqnalı veməklə adam çağırırlar, yol istəyirlər. Hətta səs siqnalı verə-verə ailə qururlar”, - deyə DYP rəsmisi qeyd etdi.

Vaqif Əsədov tövsiyyə edir ki, piyadalar maksimum diqqətli, təhlükəsizliyi təmin etmək bacarığına malik olsun və başqalarının da həyatına maneə yaratmasın.
Xeberler
Yas mərasimləri və qadağalarla bağlı YENİ AÇIQLAMA

Yas mərasimləri və qadağalarla...

Xeberler
Bakıda komendanta bıçaqla hücum edən trans "Səbiş" barədə GÖZLƏNİLMƏZ QƏRAR

Bakıda komendanta bıçaqla hücum...

Xeberler
Daha 2 erməni hərbçisi minaya düşdü

Daha 2 erməni hərbçisi minaya düşdü...

Xeberler
Sabah 29 dərəcə İSTİ OLACAQ

Sabah 29 dərəcə İSTİ OLACAQ...

Xeberler
İlham Əliyev Azərbaycan xalqına müraciət edib - YENİLƏNİB

İlham Əliyev Azərbaycan xalqına...

Xeberler
Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi...

Комментарии (0)