09:38 Sürücülərin NƏZƏRİNƏ: DYP reydlərə başlayır   ///     09:37 İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib   ///     09:06 Prezident İlham Əliyev Zəfər parkında olub   ///     07:06 Vətən müharibəsinin 4-cü ildönümü: Xalqımız şəhidlərin xatirəsini anır   ///     13:37 İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxış edib   ///     10:59 Marketdən alınan çörək alıcını şoka saldı: AQTA hərəkətə keçdi   ///     06:53 Bərdədə ata azyaşlı qızına zorakılıq göstərib? - DİN araşdırma aparır   ///     13:57 Ərdoğan Paşinyanı sevindirdi - Türk Evindən Ermənistana və Qərbə verilən mesaj   ///     10:33 Karantin rejiminin müddəti uzadıldı   ///     09:44 Qrip və KRVİ arasındakı fərq nədir? - Həkimdən   ///    

Dəniz sahilini bu istirahət mərkəzləri ÇİRKLƏNDİRİR - SİYAHI

Dəniz sahilini bu istirahət mərkəzləri ÇİRKLƏNDİRİR - SİYAHI
Dəniz sahilini bu istirahət mərkəzləri ÇİRKLƏNDİRİR - SİYAHI


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının atılması, qalaqlanması, çirkab suların dənizə axıdılması hallarının qarşısının alınması məqsədilə birgə reyd keçirilib.

Bu barədə MAY.AZ-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Xaçmaz rayonu Müqtədir-Nabran zonasında fəaliyyət göstərən istirahət mərkəzlərində, ictimai-iaşə obyektlərində formalaşan məişət tullantılarının və çirkab suların qanunvericiliyə uyğun qaydada idarə olunmadığı müəyyən edilib.

"Bulaq”, "Üç qardaş”, "Green ville”, "Panorama”, "Əlincə”, "Raduqa”, "Çıraq qala” və "Venesiya” istirahət mərkəzlərində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlanması, "Təbib”, "Sunset”, "Elay”, "Jalə” istirahət mərkəzlərində və "Panorama” restoranında formalaşan məişət-çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılması faktları aşkar olunub.

Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və onlar İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 9400 manat məbləğində cərimə ediliblər. Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli "məcburi göstəriş”lər verilib.

Reydlər davam etdirilir.
Xeberler
10 milyona lap az qaldıq

10 milyona lap az qaldıq...

Xeberler
Koronavirusa görə 4300-dək təyyarə uçuşu ləğv olunub

Koronavirusa görə 4300-dək təyyarə...

Xeberler
Düşməndən növbəti TƏXRİBAT - İriçaplı pulemyotlardan...

Düşməndən növbəti TƏXRİBAT -...

Xeberler
DİQQƏT! Bakıda bu yol sürüşmə səbəbindən hərəkətə bağlandı

DİQQƏT! Bakıda bu yol sürüşmə...

Xeberler
ANS-lə bağlı vaxt açıqlandı - 21 sentyabr

ANS-lə bağlı vaxt açıqlandı - 21...

Xeberler
Sumqayıtda ŞOK ƏMƏLİYYAT: Bir də ayıldım ki, sağlam uşaqlığımı çıxarıblar

Sumqayıtda ŞOK ƏMƏLİYYAT: Bir də...

Комментарии (0)