10:16 Mehriban Əliyeva ailə üzvləri ilə ağacəkmə aksiyasında   ///     07:23 Tələbənin geyiminə fikir bildirən universitet müəllimi söhbətə çağırıldı   ///     11:12 İlham Əliyev quru sərhədlərimizin bağlı olmasından DANIŞDI   ///     09:48 İlham Əliyev Səudiyyə Ərəbistanı kralını təbrik etdi   ///     09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///    

Əsir hərbçinin anası: "Deyirlər ki, səbirli olun, hər şey yaxşı olacaq"

Əsir hərbçinin anası: "Deyirlər ki, səbirli olun, hər şey yaxşı olacaq"
"Oğlumun yazdığı məktubu hələ də bizə gətirib çatdırmayıblar".
Bunu Modern.az-a Ermənistanda əsirlikdə saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun anası Şəlalə Axundova deyib.
"Övladımdan xəbərsizəm. Onun yazdığı məktubu gətirməyiblər. Məktubda nə yazılıb, onu da demirlər. Qırmızı Xaçdan deyirlər ki, səbirli olun, hər şey yaxşı olacaq. Biz övladımızla görüntülü danışıq və telefon əlaqəsi tələb edirik. Lakin ortada heç nə yoxdur, elə deyirlər ki, gözləyin. Nə qədər gözləyək? Hər dəqiqə düşünürəm ki, görəsən, Hüseynin vəziyyəti necədir, ona işgəncə verirlərmi?", - deyə əsir əsgərin anası bildirib.
Qeyd edək ki, bu yaxınlarda BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qırmızı Xaç məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.
"Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir, onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - deyə BQXK-nın yaydığı məlumatda bildirilib.
Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov itkin düşüblər. Bu yaxınlarda onların yolu azaraq Ermənistan ərazisinə keçdikləri məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.
Xeberler
Azərbaycanda iki yeni hərbi zavod açılacaq

Azərbaycanda iki yeni hərbi zavod...

Xeberler
Nərminin qatili Bakıya gətirildi

Nərminin qatili Bakıya gətirildi...

Xeberler
Bakıda "Retro Mall"ın tikintisində bədbəxt hadisə - XƏSTƏXANAYA ÇATDIRILDI

Bakıda "Retro Mall"ın tikintisində...

Xeberler
Bakını qara maskalı qızlar bürüyüb - Nə özəlliyi var?

Bakını qara maskalı qızlar bürüyüb...

Xeberler
Cinsi əlaqədə ola bilməyən Adnan Oktar "kediciklər"ə bunu edirmiş - İyrənc üsul

Cinsi əlaqədə ola bilməyən Adnan...

Xeberler
3 dərəcə şaxta, güclü külək - Həftənin ilk gününün HAVASI

3 dərəcə şaxta, güclü külək -...

Комментарии (0)