09:38 Sürücülərin NƏZƏRİNƏ: DYP reydlərə başlayır   ///     09:37 İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib   ///     09:06 Prezident İlham Əliyev Zəfər parkında olub   ///     07:06 Vətən müharibəsinin 4-cü ildönümü: Xalqımız şəhidlərin xatirəsini anır   ///     13:37 İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxış edib   ///     10:59 Marketdən alınan çörək alıcını şoka saldı: AQTA hərəkətə keçdi   ///     06:53 Bərdədə ata azyaşlı qızına zorakılıq göstərib? - DİN araşdırma aparır   ///     13:57 Ərdoğan Paşinyanı sevindirdi - Türk Evindən Ermənistana və Qərbə verilən mesaj   ///     10:33 Karantin rejiminin müddəti uzadıldı   ///     09:44 Qrip və KRVİ arasındakı fərq nədir? - Həkimdən   ///    

Polis vətəndaşlara məxsus obyektlərdə kameralar quraşdırır? - RƏSMİ

Polis vətəndaşlara məxsus obyektlərdə kameralar quraşdırır? - RƏSMİ
Daxili İşlər Nazirliyi polis tərəfindən vətəndaşlara məxsus obyektlərdə videomüşahidə vasitələrinin quraşdırılması iddialarına cavab verib.
DİN-in Mətbuat Xidmətindən BiG.AZ-a bildirilib ki, bugünədək dövlət tərəfindən parklarda, meydanlarda, küçələrdə, prospektlərdə, nəqliyyat infrastrukturlarında və əhalinin sıx toplaşdığı digər yerlərdə minlərlə kamera quraşdırılıb.
Həmin vasitələr uzun illərdir ki, cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin qorunmasında, köməksiz, həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətə düşmüş şəxslərə yardım göstərilməsinin təmin edilməsində uğurla istifadə olunur.
Vətəndaşlara məxsus obyektlərdə isə Daxili İşlər Nazirliyi tərəfindən videokameralar quraşdırılmır. Bu cür işlər qanunvericiliyə görə yalnız mülkiyyətçilər tərəfindən və onların şəxsi vəsaitləri hesabına həyata keçirilməlidir.
Hazırda vətəndaşlarımızın özlərinə məxsus obyektlərdə quraşdırdıqları videomüşahidə vasitələrinin sayı 200 mindən çoxdur və həmin kameralar "Təhlükəsiz şəhər" sisteminə qoşulmur. Lakin obyektlərdə olan kameraların görüntüləri cinayətlərin qarşısının alınmasında və açılmasında əvəzsiz rolunu, eləcə də əhəmiyyətini hər zaman göstərir.
Vətəndaşlarımızdan bu mühüm amili nəzərə alıb obyektlərində videomüşahidə kameralarının tətbiqini davam etdirmələri xahiş olunur.
Xeberler
Mərkəzi Bank YENİ pul nişanı buraxdı - 5 manatlıq qəpik - FOTO

Mərkəzi Bank YENİ pul nişanı...

Xeberler
Prezident sərəncam verdi: nazirlərin adları siyahıya salındı (RƏSMİ)

Prezident sərəncam verdi:...

Xeberler
Baş nazirin icbari tibbi sığorta qərarı – Hansı hallarda nə qədər ödəniləcək?

Baş nazirin icbari tibbi sığorta...

Xeberler
Sumqayıtda əxlaqsız qadınlara qarşı əməliyyat: Çəkmə məni- VİDEO

Sumqayıtda əxlaqsız qadınlara qarşı...

Xeberler
DTX tərəfindən separatçıların 3 liderinin saxlanılma GÖRÜNTÜLƏRİ - VİDEO

DTX tərəfindən separatçıların 3...

Xeberler
Sabah qar yağacaq, şaxta olacaq

Sabah qar yağacaq, şaxta olacaq...

Комментарии (0)