11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///     13:45 Yollarda tıxac zamanı sürücülərin beş təhlükəli səhvi: Ekspertdən XƏBƏRDARLIQ   ///     13:09 Uşaqların 1-ci sinfə qəbulu BAŞA ÇATIR   ///     14:09 Sentyabrın 10-da hava durumu necə olacaq?   ///     10:04 DYP "Formula-1" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi   ///    

"BakıKart" tətbiqinin işində problem yarandı - RƏSMİ AÇIQLAMA

"BakıKart" tətbiqinin işində problem yarandı - RƏSMİ AÇIQLAMA

"BakıKart" tətbiqində yaranan müvəqqəti texniki nasazlıq səbəbindən sərnişinlər tətbiqdən istifadə ilə bağlı çətinliklə qarşılaşır.

Bu barədə Oxu.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

"Hazırda problemin aradan qaldırılması istiqamətində iş aparılır. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq "BakıKart" kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik", - deyə məlumatda bildirilir.

Artıq üçüncü gündür, "BakıKart" tətbiqi işləmir.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə şikayətlər yazılıb.

Şikayətçilər qeyd edirlər ki, "BakıKart" tətbiqinin üzərində ciddi işləməyə, təkmilləşdirməyə ehtiyac var. Çünki istifadəyə verildiyi vaxtdan doğru-düzgün işləmir: ödəniş daxil edilən zaman kəsilmələr baş verir, proqram olduqca çətin açılır, "Birbank"la yaradılan QR-kodu validator çox gec oxuyur, izləmə funksiyası işləmir, bəzən izləmədə gələcək avtobusun vaxtı 15 dəqiqə göstərdiyi halda, avtobus üç dəqiqə sonra dayanacağa gəlir və s.

Tətbiqin hansı səbəbdən işləmədiyi məlum deyil.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanlanıb. Qurum məsələyə aydınlıq gətirəcəyini bildirib.

Əzizə İsmayılova

Xeberler
Prezident Əflatun Amaşovla bağlı sərəncam imzaladı

Prezident Əflatun Amaşovla bağlı...

Xeberler
Avtobuslarda gediş haqqı artırılacaq? - AÇIQLAMA

Avtobuslarda gediş haqqı...

Xeberler
Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib

Rövşən Əkbərov 10 il müddətinə...

Xeberler
Atatürk hava limanındakı teraktda adı hallanan azərbaycanlı həbs edildi

Atatürk hava limanındakı teraktda...

Xeberler
"Azərbaycanda ailəli olmayan qadınlar süni mayalanma etdirə bilməz" - Deputat

"Azərbaycanda ailəli olmayan...

Xeberler
DYP "Formula-1" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi

DYP "Formula-1" ilə əlaqədar...

Комментарии (0)