11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///     13:45 Yollarda tıxac zamanı sürücülərin beş təhlükəli səhvi: Ekspertdən XƏBƏRDARLIQ   ///     13:09 Uşaqların 1-ci sinfə qəbulu BAŞA ÇATIR   ///     14:09 Sentyabrın 10-da hava durumu necə olacaq?   ///     10:04 DYP "Formula-1" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi   ///    

Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ: Vaxt başa çatır

Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ: Vaxt başa çatır

Dövlət İmtahan Mərkəzi (DİM) 1 iyul 2024-cü il tarixindən sonra xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün avqustun 25-də imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən 2369 nəfərin məlumatları təqdim olunub.

Oxu.Az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak etmək istəyən həmin sürücülər 21 avqust saat 10:00-dək qeydiyyatdan keçməlidirlər.

20 avqust saat 09:00-a olan məlumata əsasən, 1093 sürücü qeydiyyatdan keçib.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) "Şəxsi kabinet" yaratmalı və göstərilən vaxtadək "Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat" xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. "Şəxsi kabinet"in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.

İmtahanda iştirak ödənişlidir. Namizədlər "Şəxsi kabinet" yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Test imtahanı Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.


Xeberler
Prezident Əflatun Amaşovla bağlı sərəncam imzaladı

Prezident Əflatun Amaşovla bağlı...

Xeberler
Avtobuslarda gediş haqqı artırılacaq? - AÇIQLAMA

Avtobuslarda gediş haqqı...

Xeberler
Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib

Rövşən Əkbərov 10 il müddətinə...

Xeberler
Atatürk hava limanındakı teraktda adı hallanan azərbaycanlı həbs edildi

Atatürk hava limanındakı teraktda...

Xeberler
"Azərbaycanda ailəli olmayan qadınlar süni mayalanma etdirə bilməz" - Deputat

"Azərbaycanda ailəli olmayan...

Xeberler
DYP "Formula-1" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi

DYP "Formula-1" ilə əlaqədar...

Комментарии (0)