11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///     13:45 Yollarda tıxac zamanı sürücülərin beş təhlükəli səhvi: Ekspertdən XƏBƏRDARLIQ   ///     13:09 Uşaqların 1-ci sinfə qəbulu BAŞA ÇATIR   ///     14:09 Sentyabrın 10-da hava durumu necə olacaq?   ///     10:04 DYP "Formula-1" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi   ///    

"Formula- 1"ə görə Bakıda bəzi küçələr tam bağlanır

"Formula- 1"ə görə Bakıda bəzi küçələr tam bağlanır

Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar logistik əməliyyatların həyata keçirilməsi məqsədilə sentyabrın 7-də, gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Məhdudiyyət tədbirin sonunadək davam edəcək.

Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 9-da, gecə saat 01:00-dən etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Hərəkət 17 sentyabr, səhər saat 8:00-dan etibarən bərpa olunacaq.

Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikincisi Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinin keçdiyi ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün "Yaşayış Yerinə Giriş İcazəsi" veriləcək. Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən, cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:

Zona 1 - İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Böyük Qala küçəsi 41, keçmiş ensiklopediya binası, 4-cü mərtəbə

Tel: (012) 497-35-89

Zona 2 - Mənzil-Kommunal və İstismar İdarəsi № 4
Xəqani küçəsi 26/32

Tel: (012) 498 88 06

Zona 3 - Mənzil-Kommunal və İstismar İdarəsi № 58
İstiqlaliyyət küçəsi 5

Qeyd edək ki, "Yaşayış Yerinə Giriş İcazəsi"nin paylanması 29 avqust tarixindən başlayıb 13 sentyabradək davam edəcək.

Hər il olduğu kimi, bu il də yarış müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.

Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında baş tutacaq.


Xeberler
ABŞ prezidenti: "Dünya Bankı Çinə kredit verməyi dayandırmalıdır"

ABŞ prezidenti: "Dünya Bankı Çinə...

Xeberler
Bu ərazidə iki gün işıq olmayacaq

Bu ərazidə iki gün işıq olmayacaq...

Xeberler
Bank əməkdaşları müştərini döydü - Azərbaycanda şok

Bank əməkdaşları müştərini döydü -...

Xeberler
Polis bu qızın valideynlərini axtarır

Polis bu qızın valideynlərini...

Xeberler
Qayınana saçı qırxılan gəlininin XƏYANƏT GÖRÜNTÜLƏRİNİ YAYDI (VİDEO)

Qayınana saçı qırxılan gəlininin...

Xeberler
Yeni ilin gəlişinə ən çox onlar sevinir... - Fotolar

Yeni ilin gəlişinə ən çox onlar...

Комментарии (0)