09:06 Prezident İlham Əliyev Zəfər parkında olub   ///     07:06 Vətən müharibəsinin 4-cü ildönümü: Xalqımız şəhidlərin xatirəsini anır   ///     13:37 İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxış edib   ///     10:59 Marketdən alınan çörək alıcını şoka saldı: AQTA hərəkətə keçdi   ///     06:53 Bərdədə ata azyaşlı qızına zorakılıq göstərib? - DİN araşdırma aparır   ///     13:57 Ərdoğan Paşinyanı sevindirdi - Türk Evindən Ermənistana və Qərbə verilən mesaj   ///     10:33 Karantin rejiminin müddəti uzadıldı   ///     09:44 Qrip və KRVİ arasındakı fərq nədir? - Həkimdən   ///     10:16 Mehriban Əliyeva ailə üzvləri ilə ağacəkmə aksiyasında   ///     07:23 Tələbənin geyiminə fikir bildirən universitet müəllimi söhbətə çağırıldı   ///    

Su ehtiyatlarımız azalır - RƏSMİ

Su ehtiyatlarımız azalır - RƏSMİ
Su ehtiyatlarımız azalır - RƏSMİ




“Azərbaycanda bəzi çaylarda su ehtiyatlarının azalması müşahidə edilir”.

Bunu APA -ya açıqlamasında AMEA-nın Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib. O bildirib ki, son zamanlar çiləmə üsulu ilə, yəni müasir metodlarla suvarmaya daha çox meyl edilir: “Çünki sular azalır. Əgər belə etməsək, bizə su çatmaz. Bəzi göllərimiz quruyur. Bu, problemdir. Qanıx-Əyriçay vadisində bulaqların kütləvi surətdə quruması müşahidə edilir. Bunlar hamısı su ehtiyatlarına qarşı ciddi mübarizə tədbirlərinin aparılmasını və suya qənaət edilməsini vacib edir. Biləsuvar, Cəlilabad, Qax və Şəkinin Acınohur hissəsində su ehtiyatları azalır. Son zamanlar Ağstafa, Tovuz rayonunun Ceyrançöl ərazisində yaşayan əhalinin suya tələbatları çoxalıb".

M.İsmayılov qeyd edib ki, Kür çayı və kanal sahillərini çıxmaqla, əksər rayonlarda su problem olaraq qalır: “Son zamanlar müəyyən tədbirlər görülsə də, iqlimdə gedən istiləşmə suya tələbatı artırır. Bu da su ehtiyatlarına münasibəti dəyişməyi tələb edir”.
Şöbə müdiri bildirib ki, Bakının əhalisi çoxaldıqca yeni su mənbələrinin tapılması, paytaxta gətirilməsi lazımdır: "Bakıda suya olan tələbat gətirilmə su hesabına ödənilir. Yəni Şollar, Bakı, Oğuz-Qəbələ-Bakı, Kür-Bakı su kəmərləri və kanalların hesabına Bakı və Abşeronun suya olan tələbatı ödənilir. Davamlı suya tələbatın ödənilməsi üçün tədbirlər həyata keçirilməlidir".

M.İsmayılov qeyd edib ki, Mingəçevir su anbarından Bakıya su gətirmək olar: “Şollar-Bakı su kəmərində yeni qolların yaradılmasına ehtiyac var. Suvarma məqsədilə Abşeron yarımadasında da suya ehtiyac duyulur. İçməli sulardan suvarma məqsədilə istifadə edilməsi Bakının hazırda mühüm su problemidir. Bunun qarşısını almaq, suvarma suları ilə Abşeron yarımadasını təmin etmək lazımdır. Düzdür, Samur-Abşeron kanalı var, amma mövcud problemi tam ödəyə bilmir”.
Xeberler
Daxili İşlər Nazirliyinin rəhbərliyi göstəriş verdi – DYP aylığa başladı

Daxili İşlər Nazirliyinin...

Xeberler
XƏBƏRDARLIQ! Saxta profil açanları HƏBS GÖZLƏYİR – VİDEO

XƏBƏRDARLIQ! Saxta profil açanları...

Xeberler
Azərbaycanlı sabiq polisin öldürdüyü qadının son sözləri — ŞOK SƏSYAZISI

Azərbaycanlı sabiq polisin...

Xeberler
Sabahın hava proqnozu AÇIQLANDI

Sabahın hava proqnozu AÇIQLANDI...

Xeberler
Bakının enerji təminatı bərpa edilib

Bakının enerji təminatı bərpa edilib...

Xeberler
Bakıda maşınları əzərək polisdən qaçan avtoxuliqan saxlanıldı - VİDEO

Bakıda maşınları əzərək polisdən...

Комментарии (0)