13:57 Ərdoğan Paşinyanı sevindirdi - Türk Evindən Ermənistana və Qərbə verilən mesaj   ///     10:33 Karantin rejiminin müddəti uzadıldı   ///     09:44 Qrip və KRVİ arasındakı fərq nədir? - Həkimdən   ///     10:16 Mehriban Əliyeva ailə üzvləri ilə ağacəkmə aksiyasında   ///     07:23 Tələbənin geyiminə fikir bildirən universitet müəllimi söhbətə çağırıldı   ///     11:12 İlham Əliyev quru sərhədlərimizin bağlı olmasından DANIŞDI   ///     09:48 İlham Əliyev Səudiyyə Ərəbistanı kralını təbrik etdi   ///     09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///    

Bakıda pul paylayan aparatın sahibi tapıldı - Foto

Bakıda pul paylayan aparatın sahibi tapıldı - Foto
Bakıda pul paylayan aparatın sahibi tapıldı - Foto


Xəbər verdiyimiz kimi, Bakıda insanlara “pulsuz pul” paylayan aparatlar quraşdırılıb. Azərbaycan vətəndaşları Bakı şəhərinin bir neçə ərazisində quraşdırılan "Azpulmat" adlı aparatlardan şəxsiyyət vəsiqəsini və barmaq izini daxil etməklə 20 manat məbləğində borc pul ala bilər. Həmin borc 5 gün ərzində 21 manat şəklində geri qaytarıldığı zaman, yenidən 40 manat pul götürə bilər. Bildirilir ki, bu məbləği bu şəkildə 1000 manata kimi artırmaq olar.

"Azpulmat" adlı aparatlar haqqında məlumat almaq məqsədilə "azpul.az" adlı veb-sayt açılıb. Həmin sayt cəmi bir-neçə səhifədən ibarətdir. Olduqca səthi məlumatlar mövcuddur. Həmin səhifədə əlaqə üçün yalnız mobil nömrə qoyulub. İnsanlara pul paylayan bu aparatın kimə məxsus olduğu, ünvanı və digər məlumatlar mövcud deyil.

Yeniavaz.com-un məlumatına görə "Azpulmat" adlı aparatlar ötən il dövlət qeydiyyatına alınan Azpul MMC adlı şirkətə məxsusdur. Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu Həsən bəy Zərdabi prospekti, ev 89, 3159-cu məhəllədə yerləşir. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi Vəliyev Tural Gəray oğludur.

1981-ci ildə Gəncə şəhərində anadan olan Vəliyev Tural Gəncə Dövlət Universitetində təhsil alıb. 2005-ci ildən bank sektorunda fəaliyyət göstərib. Tural Vəliyev "Gəncə Bank" SKB, "Royal Bank of Baku" ASC-nin Gəncə filialı, həmçinin "Nikoyl Bank"ın Gəncə filialında çalışıb. 2009-2014-cü illərdə "Nikoyl Bank"ın Gəncə filialının müdiri olub. 2014-cü ildə bankdakı vəzifəsindən çıxarılıb. Daha sonra "Nikoyl Bank"la Tural Vəliyev arasında məhkəmə çəkişməsi olub.

Tural Vəliyev "Azpul" MMC-ni təsis etməzdən əvvəl - 2017-2018-ci illərdə "Giləzi Quşçuluq" şirkətində mühasib işləyib.

Bakıda pul paylayan aparatın sahibi tapıldı - Foto
Xeberler
Həbibdən növbəti qələbə - VİDEO

Həbibdən növbəti qələbə - VİDEO...

Xeberler
Təhsil müəssisələrində tətilin vaxtı uzadıldı - RƏSMİ

Təhsil müəssisələrində tətilin...

Xeberler
Azərbaycanda iki gün iş olmayacaq

Azərbaycanda iki gün iş olmayacaq...

Xeberler
"Deputatların maaşları artıb, sakit oturublar, biri çıxıb camaata desin ki nə məsələdir"

"Deputatların maaşları artıb, sakit...

Xeberler
SOCAR-dan benzinin qiymətinin ucuzlaşması iddiasına rəsmi cavab

SOCAR-dan benzinin qiymətinin...

Xeberler
"Səni atmaq istəmirəm..." - Leyla Əliyeva

"Səni atmaq istəmirəm..." - Leyla...

Комментарии (0)