09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Sabah 34 dərəcə isti olacaq

Sabah 34 dərəcə isti olacaq
Sabah 34 dərəcə isti olacaq


İyunun 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən OBBA.WS-ə verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 29-34, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 19-20, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir.
Xeberler
Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq...

Xeberler
Azərbaycanda bu sahədə işləyənlərin maaşı 3 min manatdan çoxdur

Azərbaycanda bu sahədə işləyənlərin...

Xeberler
Prezidentdən icra başçısı ilə bağlı MÜHÜM SƏRƏNCAM

Prezidentdən icra başçısı ilə bağlı...

Xeberler
Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 25 nəfər ÖLDÜ - FOTO

Azərbaycanda koronavirusa...

Xeberler
Yollarda tıxac zamanı sürücülərin beş təhlükəli səhvi: Ekspertdən XƏBƏRDARLIQ

Yollarda tıxac zamanı sürücülərin...

Xeberler
Azərbaycan ərazisində yağış və leysan nə vaxtadək davam edəcək?

Azərbaycan ərazisində yağış və...

Комментарии (0)