09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Diş və damaqlar üçün xeyirli məhsullar...

Diş və damaqlar üçün xeyirli məhsullar...
Sağlam dişlər və damaqlar hər bir üzün gözəlliyidir.
Bundan əlavə onlar bir çox səslərin tənəffüsündə böyük rol oynayırlar. Damaqların əsas funksiyası isə dişlərin tərpənmə i və tökülmədən qorumaqdır.
Gündəlik rasionumuzda olan bir çox məhsullar diş və damaqlara həm ziyanlı, həm də xeyirli təsir göstərə bilirlər.Bu isə gündəlik olaraq onların zədə alması, bir çox məqamlarda korlanması deməkdir. Məhz bu səbəbdən bu məqalədə sizə diş və damaqlar üçün çox xeyirli olan məhsullar haqda məlumat verəcəyik. Beləliklə məhsulların siyahısı:
- Kök. Tərkibinə olan karortin damaqlar üçün çox xeyirlidir.Çiy halda diş və damaqlar üçün əla trenajor vasitəsi də sayılır.
- Süd. Tərkibində olan kalsiy dişlərin tikinti materialı sayılır.
- Balıq. Bu məhsulun tərkibində olan fosfor dişlər üçün çox lazımlıdır.
- Göyərti. Orqanik kalsinin təbii mənbəyidir.
- Dəniz kələmi. Tərkibində yodun və digər mikroelementlərin yüksək miqdarda olması orqanizmdə maddələr mübadiləsinin yaxşılaşmasına səbəb olur.
- Alma. Damaqları yaxşı masaj edir və diş ərpini təmizləyir.
- Balqabaq. Tərkibində ftor, sink və selenin olması dişləri ağardır, möhkəmləndirir və daha sağlam edir.
- Soğan. Tərkibində olan C vitamini və fitonsidlər damaqların möhkəmlənməsinə səbəb olur.
Ümumi tövsiyələr:
Diş və damağın sağlamlığı bütün orqanizmin sağlamlığından asılı olduğuna görə, həkimlər hər bir insana qan dövranını stimullaşdıran və immun sistemi möhkəmləndirən idman məşğələlərini məsləhət görürülər.
Barmaqlarla(damaqlara) edilən gündəlik masaj,paradontozun əla profilaktikasıdır.
Ftorun əsas mənbəyi su olduğuna görə, suyu az içdikdə diş emalı zəifləyir, çox içdikdə isə qara nöqtələrlə örtülür.
Həddən artıq soyuq və ya isti su, diş emalında çatların yaranma təhlükəsini artırır. Buna görə mayeləri otaq temperaturlu içmə daha məsləhətli sayılır.
Gündəlik raionda turş olmayan müyvə və tərəvəzlər üstünlük təşkil etməlidir. Belə ki, onlar, vitamin və mineralların əsas mənbəyi sayılırlar. Bundan əlavə meyvə və tərəvəzləri çiy yedikdə onlar, ağız böşluğundan qan dövranını stimullaşdırır, damaqları masaj edir və diş emalını möhkəmləndirirlər.
Həmçinin hər bir insanın gündəlik qida rasionunda olan bir çox məhsullar vardır ki, onlar diş və damaqlara çox pis təsir göstəririlər. Bunlar:
- Təmizlənmiş və təmizlənməmiş qovrulmuş tumlar. Tumları dişlə təmizlədikdə, diş emalının mexaniki zədədlənməsi baş verir. Tez-tez təkrar olunduqda isə emal bərpa olunmaya bilər.
- Suxari və ya digər çox bərk məhsullar. Əsasən diş emalına pis təsir edir və damaqları zədələyir.
- Limonad, Coca-cola və digər şirin qazlı içkilər. Tərkiblərində olan ziyanlı maddələr diş emalını korlayır.
- Şəkər və yulaf yarması. Kalsini mənimsənilməsini bloklayır.
- Albalı, qarağat və digər turş giləmeyvələr. Tərkiblərində olan meyvə turşuları diş emalını korlayır.
Həkimlər bütün orqanlar kimi dişlərin də əvvəldən qorunması və möhkəmləndirilməsini məsləhət görürülər. Bunun üçün isə edə biləcəyiniz məqamlardan biri gündəlik rasionunuzda olan məhsulları düzgün seçmənizdir. (Saglamolun.az)
Maraqlı ve Meslehetli
Yatanda yastığınızın altına 1 diş sarımsaq qoyun, bu xəstəliklərdən qurtulun

Yatanda yastığınızın altına 1 diş...

Maraqlı ve Meslehetli
Duzlu qidalar, şoraba xərçəng yarada bilər - Onkoloq

Duzlu qidalar, şoraba xərçəng...

Maraqlı ve Meslehetli
Amerikalı onkoloq xərçənglə bağlı HƏR ŞEYİ AÇDI: bu xəstəliyə tutulmaq istəmirsinizsə…

Amerikalı onkoloq xərçənglə bağlı...

Maraqlı ve Meslehetli
Otağı kondisioner olmadan necə soyudaq? - Maraqlı ÜSUL

Otağı kondisioner olmadan necə...

Maraqlı ve Meslehetli
Qarğıdalı hansı xəstəlikləri aradan qaldırır?

Qarğıdalı hansı xəstəlikləri aradan...

Maraqlı ve Meslehetli
Qızmar yay günlərində sərin qalmağın yolu - Bunları yeyin...

Qızmar yay günlərində sərin...

Комментарии (0)