09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Somnambulizm - gecə yuxuda gəzmək: SƏBƏBLƏR və MÜALİCƏ

Somnambulizm - gecə yuxuda gəzmək: SƏBƏBLƏR və MÜALİCƏ
Somnambulizm - gecə yuxuda gəzmək - yuxu pozuntusunun bir növüdür. Pis yatmaq mərhələsinə şamil edilir.
Pis yatmaq isə yuxusuzluqdan, çox yatmaqdan, tənəffüslə bağlı problemdən, gecə-gündüz yuxusunun ritminin pozulmasından, kabus görməkdən asılıdır ki, nəticədə insan gecələri gəzməyə başlayar.
Gecə yuxuda gəzən insan özündən asılı olmayaraq, yatağından qalxar və gəzməyə başlayar. Səhər duran zaman isə bunların heç birini xatırlamaz. Bu hal uşaqlarda və yeniyetmələdə müşahidə olunur.
Deyerler.org bildirir ki, gecə yuxuda gəzən insan adətən gecənin birinci hissəsində ayağa qalxar. Bu insanlar yatağından qalxar və yeriməyə başlayarlar. Əgər onu yuxudan ayıtlsalar, yenidən yatağa tərəf gedəcəkdir. Gecə yuxuda gəzən insanın baxışları sabit olar. Adətən bir çoxları gözü açıq gəzərlər.
Bəziləri hətta pilləkəndən yuxarı qalxar, bəzi çətin əməlləri görə bilirlər. İnsan etdiyi bütün bu əməllərin heç birini ayılan zaman xatırlamaz. Bəzən gecə yuxuda gəzən uşağı ayıldan zaman aqressiv olur. Gecə gəzmələri oğlanlarda daha çox müşahidə olunur. Ola bilsin ki, irsən də keçsin. Gecə gəzən insan bir neçə saniyədən tutmuş 30 dəqiqəyə qədər gəzə bilir.
Bunu necə müəyyən etmək olar?
Yuxuda gəzən insanın üz mimikaları sabit olur, başqalarının dediklərinə qarşı laqeyd olurlar. Onu ayıtlmaq çox çətin olur. Ayılandan sonra özünə gəlməsi bir neçə dəqiqə çəkər.
Əlamətləri:
- Yatan zaman gözləri açıq olar.
- Siması ruhsuz görünər.
- Yuxuda əyləşib ayıq olandakı ki, rəftar edər.
- Yuxuda yerimək.
- Ayılan zaman hər şeyi unutmaq.
- Ayılan zaman pərişan olar.
- Yuxuda mənasız sözlər danışar.
Səbəbi
Bu gün tibb təsdiq etmişdir ki, bir insanın gecə yuxuda gəzməsi təkcə onun psixologiyası ilə bağlı deyildir. İnsan stress keçirən zaman gəzdiyi kimi, beyindəki bəzi kimyəvi maddələrin miqdarı artan zaman da belə bir hal baş verir. İnsan çox yorğun olan zaman da gecə yuxuda gəzə bilir.
Uşaqlarda isə bu halın səbəbi müəyyən edilməmişdir. Ancaq ola bilsin ki, yorğunluğa və ya iztiraba görə olsun. Gecə gəzmək beyin pozğuntusu ilə də bağlı ola bilər.
Gecə yuxuda gəzməyin gətirdiyi nəticələr
Belə bir insanı yuxudan ayıltmaq təhlükəli olmasa da, həmin insanın baş gicəllənməsinə və halsızlığına səbəb olar. Belə bir insan gəzdiyi yeri görmədiyindən qarşısına çıxan əngəllər onu yaralaya bilər. Ona görə də onu yataq otağını təhlükəsiz bir hala salmaq lazımdır. Onun yıxılmasına səbəb ola biləcək vasitələri yığışdırmaq lazımdır. Yaş artdıqca, bu xəstəliyin əlamətləri azalar.
Müalicəsi
Uşaqların əksər hissəsində bu xəstəlik öz-özünə sağalır. Əgər sağalmırsa, bir neçə tövsiyə verilir:
- Əgər bir uşaq az yatan zaman belə bir hallara rast gəlinirsə, valideyn onun yuxu saatını tənzimləsin və az yatmağının qarşısını alsın.
- Mütləq psixoloqa müraciət edin. Bu xəstəliyin qarşısını almaq üçün xüsusi dərmanlar vardır ki, qısa müddətli qəbul edərək sağalmaq olar.
Stress və iztirab bu xəstəlik üçün şərait yaradar. Ona görə də bu amilləri aradan qaldırmağa çalışın.
Hipnoz yolu ilə də bu xəstəliyi müalicə etmək olar.
Bəzi tövsiyələr:
1. Yaxşı olar ki, hər gün eyni saatda yatıb, eyni saatda da yuxudan ayılasınız.
2. Gün ərzində 20-30 dəqiqə idman etmək rahat yatmağa yardım edər. Ancaq yuxudan 6 saat qabaq idman etməyə çalışın.
3. Tərkibində kofein olan mayeləri qəbul etməkdən çəkinin. Qəhvə, şokolad, iştahanı azaldan dərmanlar buna aiddir.
4. Siqaret çəkməyin.
5. Əgər yata bilmirsinizsə, yataqdan qalxın və başqa işləri görməyə çalışın. Ya kitab mütaliə edin, ya da televizora baxın.
6. Otağınızın havasını təmiz saxlayın.
Maraqlı ve Meslehetli
Yatanda yastığınızın altına 1 diş sarımsaq qoyun, bu xəstəliklərdən qurtulun

Yatanda yastığınızın altına 1 diş...

Maraqlı ve Meslehetli
Duzlu qidalar, şoraba xərçəng yarada bilər - Onkoloq

Duzlu qidalar, şoraba xərçəng...

Maraqlı ve Meslehetli
Amerikalı onkoloq xərçənglə bağlı HƏR ŞEYİ AÇDI: bu xəstəliyə tutulmaq istəmirsinizsə…

Amerikalı onkoloq xərçənglə bağlı...

Maraqlı ve Meslehetli
Otağı kondisioner olmadan necə soyudaq? - Maraqlı ÜSUL

Otağı kondisioner olmadan necə...

Maraqlı ve Meslehetli
Qarğıdalı hansı xəstəlikləri aradan qaldırır?

Qarğıdalı hansı xəstəlikləri aradan...

Maraqlı ve Meslehetli
Qızmar yay günlərində sərin qalmağın yolu - Bunları yeyin...

Qızmar yay günlərində sərin...

Комментарии (0)