11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Niyə “Ağzına su alıb oturmaq” deyirik? - Belə yaranıb

Niyə “Ağzına su alıb oturmaq” deyirik? - Belə yaranıb

Çox susan, hansısa məsələyə fikir bildirməyən adamlar haqqında “niyə ağzına su almısan?”, “ağzına su alıb oturub” kimi ifadələr işlədirik. Mənası susmaq, dinməmək anlamına gəlir. Bəs nə üçün susan adama bu sözü deyirlər, susmaqla suyun nə əlaqəsi var?

Lent.az “Belə yaranıb” rubrikasında bu ifadənin yaranma tarixçəsindən bəhs edir.

Əslində bu sözün kökü öncə qədim türklərə, onlardan da Novruz bayramına keçmiş bir inanca dayanır.

Novruz bayramında insanlar ağızlarına bir udum su alar və yol kənarında qulaq falına çıxardılar. Susub oturardılar, gəlib keçən adamların dilindən çıxan ilk kəlmə, ilk cümlə ilə niyyətlərinin fal olub-olmayacağına inanardılar. Falın çin olması üçün əsas iş susaraq gözləmək, heç kəsə bu barədə bir kəlmə deməmək idi.

Bu ənənəni qadınlar bir qədər fərqli şəkildə edərdilər. Küçəyə, qonşuya keçmək imkanı olmayanda, evdə süfrə başında ağızlarına su alıb oturduqdan sonra ilk danışan adamın dediyi kəlmələrlə fal tutardılar.

Bəzən evdən, məclisdən uzun müddət səs çıxmaz, kimsə danışmaz, ağzına su alıb oturan adam da xeyli susmalı olardı. Bax beləcə bu frazeoloji ifadə də dilimizə düşüb.

Nə itirirsiniz ki, bu Novruz çərşənbələrində siz də sınayın, ağzınıza su alıb, fal tutun.


Maraqlı ve Meslehetli
Siz yuxudaykən şəxsi məlumatlarınızı oğurlayırlar: BU TƏTBİQLƏRİ TELEFONUNUZDAN SİLİN!

Siz yuxudaykən şəxsi...

Maraqlı ve Meslehetli
Ağız qoxusunu yox edən vasitə

Ağız qoxusunu yox edən vasitə...

Maraqlı ve Meslehetli
Qarğıdalı hansı xəstəlikləri aradan qaldırır?

Qarğıdalı hansı xəstəlikləri aradan...

Maraqlı ve Meslehetli
Tənbəlliyin "daşını atmaq" üçün nə edək?

Tənbəlliyin "daşını atmaq" üçün nə...

Maraqlı ve Meslehetli
Duzlu qidalar, şoraba xərçəng yarada bilər - Onkoloq

Duzlu qidalar, şoraba xərçəng...

Maraqlı ve Meslehetli
Niyə pişiklərin gözləri qaranlıqda parlayır?

Niyə pişiklərin gözləri qaranlıqda...

Комментарии (0)