11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

İsti havada sərinlik gətirən qidalar hansılardır?

İsti havada sərinlik gətirən qidalar hansılardır?

İsti havada ən vacib şey orqanizmin susuzlaşmasının qarşısını almaqdır, eyni zamanda hamı sərinləmək istəyir. Bunun üçün bəzi qidalar və içkilər var.

Oxu.Az Aif.ru-ya istinadla belə ərzaqların bəziləri barədə məlumat verir.

Xiyar - 90% su tərkibli tərəvəz kalsium, mineral duzlar və "C" vitamini ilə zəngindir. Xiyarı həm tək yemək, həm də salata əlavə kimi istifadə etmək olar. Xiyarı duzsuz yemək daha yaxşıdır, çünki duz orqanizmdə mayeni saxlayır ki, bu da bədənin şişməsinə səbəb olur.

Moruq - böyük miqdarda faydalı turşular, vitaminlər, duz və efir yağları olan nadir giləmeyvələrdən biridir. Təzə moruq təkcə aclığı yatırmır, həm də bədən temperaturunu aşağı salır. Bundan əlavə, bu kiçik giləmeyvə əhval-ruhiyyəni yaxşılaşdırır.

Yemiş - 95% su tərkibli şirəli və şirin bostan bitkisidir. O, qan yaranması prosesində iştirak edən böyük miqdarda fol turşusu tərkibinə görə orqanizmdə mühüm rol oynayır.

Qarpız - həm aclığı, həm də susuzluğu yatıran ən şirəli yay giləmeyvəsidir və 90% sudan ibarətdir. Qarpız lif, vitamin qrupları və ən əsası antioksidantların mənbəyidir.

Nanə - çox su tərkibi olmasa da, orqanizmin sərinləmə hissini yaxşı təmin edən bitkidir. Təbii mentol sayəsində bu bitki bizi sərinlədir. Bu, sanki beynimizin, təxəyyülümüzün oyunudur. Həmçinin nanə soyudulmuş suya əlavə edildikdə susuzluğu yatırmağa kömək edir.

Balqabaq - orqanizm tərəfindən asanlıqla həzm olunan tərəvəzdir. Onlar çoxlu miqdarda vitaminlər və lif tərkib edir ki, bu da susuzluğu və aclığı yatırmağa kömək edir. Balqabağın hazırlanma üsulları müxtəlif ola bilər, lakin onlar eyni dərəcədə kömək edir.

Təzə göyərti - şüyüd, cəfəri, yaşıl soğan, ispanaq, salat yarpaqları. Bu, yayda vitaminlərin xəzinəsidir. Əsas üstünlüyü - ləkdən qoparıb dərhal süfrəyə vermək mümkündür. Onlardan müxtəlif yeməklərin hazırlanmasında istifadə etmək olar.


Maraqlı ve Meslehetli
Qar necə yaranır?

Qar necə yaranır?...

Maraqlı ve Meslehetli
Yaşanmış travmalar beyindəki sinir əlaqələrinin sistemini pozur

Yaşanmış travmalar beyindəki sinir...

Maraqlı ve Meslehetli
Bu ölkələrdə ofisianta bəxşiş verilmir - Problem yarada bilər

Bu ölkələrdə ofisianta bəxşiş...

Maraqlı ve Meslehetli
Əsəb yorğunluğundan qorunmağın yolları- AÇIQLAMA

Əsəb yorğunluğundan qorunmağın...

Maraqlı ve Meslehetli
Gün ərzində enerjinizi artıracaq üsullar

Gün ərzində enerjinizi artıracaq...

Maraqlı ve Meslehetli
Ayaqqabı ayağınızı sıxırsa bunu edin

Ayaqqabı ayağınızı sıxırsa bunu edin...

Комментарии (0)