11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Pişiklər niyə oğurluq edirlər?

Pişiklər niyə oğurluq edirlər?

Utrext Universitetinin (Niderland) alimləri pişik kleptomaniyasının - ev pişiklərinin təsadüfi əşyaları oğurlayıb evlərinə gətirmək meylinin səbəblərini aşkarlayıblar.

Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, tədqiqat zamanı bioloqlar dünyanın hər yerindən ev heyvanlarının davranışlarını öyrəniblər. Onlardan bəziləri ayda 100-ə qədər oğurluq edib.

Məsələn, Böyük Britaniyanın Bristol şəhərindən olan pişik Çarli hər gün gəzintidən plastik oyuncaqlar, paltar sancaqları, rezin ördək, eynək, bıçaq və digər əşyalarla qayıdır.

Texaslı Kleo isə sosial şəbəkələrdə kompüter siçanı oğurlaması ilə məşhurlaşıb.

Məlum halları təhlil etdikdən sonra alimlər ev heyvanlarını oğurluq etməyə sövq edən bir neçə amili müəyyən ediblər.

Pişiklərin kiçik mədələri var, buna görə də ovlarını öz ərazilərində saxlamağa meyillidirlər. Eyni instinkt onların evə yeyilməz əşyalar gətirməsinə səbəb ola bilər.

Bundan əlavə, müəyyən yun və plastik əşyalar pişikləri cəlb edir, çünki onların tərkibində heyvan mumu növü olan lanolin var.

Tədqiqatçılar qeyd ediblər ki, pişiklər əşyaları sahiblərinə hədiyyə olaraq oğurlamırlar, bunu yalnız öz maraqları üçün edirlər.


Maraqlı ve Meslehetli
Qar necə yaranır?

Qar necə yaranır?...

Maraqlı ve Meslehetli
Yaşanmış travmalar beyindəki sinir əlaqələrinin sistemini pozur

Yaşanmış travmalar beyindəki sinir...

Maraqlı ve Meslehetli
Bu ölkələrdə ofisianta bəxşiş verilmir - Problem yarada bilər

Bu ölkələrdə ofisianta bəxşiş...

Maraqlı ve Meslehetli
Əsəb yorğunluğundan qorunmağın yolları- AÇIQLAMA

Əsəb yorğunluğundan qorunmağın...

Maraqlı ve Meslehetli
Gün ərzində enerjinizi artıracaq üsullar

Gün ərzində enerjinizi artıracaq...

Maraqlı ve Meslehetli
Ayaqqabı ayağınızı sıxırsa bunu edin

Ayaqqabı ayağınızı sıxırsa bunu edin...

Комментарии (0)